Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. 

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. 

Sərəncamda qeyd olunur ki, 2023-cü ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 ili tamam olur. 

Akademik Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolu keçmiş, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf etmişdir. Geniş erudisiyalı alim mənbəşünaslıq və orta əsrlər dövrü üzrə professional hazırlığa malik mütəxəssislərdən ibarət elmi məktəb formalaşdırıb.

Ziya Bünyadovun fundamental araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı dərin təhlillər əsasında dolğun əksini tapıb. İlk dəfə onun elmi ictimaiyyətə çatdırdığı və dilimizə mükəmməl surətdə çevirərək əhatəli müqəddimə və şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır.

Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparıb, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Xalq artisti Zaur Rzayev VƏFAT ETDİ

Xalq artisti Zaur Rzayev VƏFAT ETDİ

Ceyranbatan məktəbində qida zəhərlənməsi təsdiqlənmədi - RƏSMİ

Ceyranbatan məktəbində qida zəhərlənməsi təsdiqlənmədi - RƏSMİ

Kanadaya Aİ-də xüsusi status verilə bilər

Kanadaya Aİ-də xüsusi status verilə bilər

1/8 finalın bütün cütləri - Azərbaycan kuboku

1/8 finalın bütün cütləri - Azərbaycan kuboku

Bakının bu yollarında tıxac var - FOTO

Bakının bu yollarında tıxac var - FOTO

"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

"Lənkəranski"nin "qan düşməni"nə 13 il cəza İSTƏNİLDİ

Polşa Aİ-dən çıxır? - Ölkədə siyasi qarşıdurma

Polşa Aİ-dən çıxır? - Ölkədə siyasi qarşıdurma

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 28 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Türkiyədə qaya uçqunu: 2 ölü, 1 yaralı var – FOTO-VİDEO

Alen Simonyan: “Azərbaycanla təmasların intensivləşməsinə sevinirəm”

Alen Simonyan: “Azərbaycanla təmasların intensivləşməsinə sevinirəm”

Dövlət Komitəsinin sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb

Dövlət Komitəsinin sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin üzvləri ilə görüşüb

Putin Melaniya Trampı TƏRİFLƏDİ

Putin Melaniya Trampı TƏRİFLƏDİ

Samid Bəbirov finalda erməni rəqibini belə məğlub etdi – VİDEO

Samid Bəbirov finalda erməni rəqibini belə məğlub etdi – VİDEO

İlham Əliyev İspaniya Kralına başsağlığı VERDİ

İlham Əliyev İspaniya Kralına başsağlığı VERDİ

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batdı

İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batdı

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

İƏT-in Baş katibi Bakıda təhsil alan xarici tələbələrlə görüşüb – FOTO

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

Siyəzəndə ünvanlı sosial yardıma görə qayınata kürəkənini döydü

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

"Megastore"dan aldığı məhsulların hamısı xarab çıxdı – VİDEO

Eldar Əzizov onu rəis təyin etdi

Eldar Əzizov onu rəis təyin etdi

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Ceyranbatanda 10 şagird ZƏHƏRLƏNDİ - VİDEO

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin bütün cütləri BƏLLİ OLDU

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Qarabağ beynəlxalq dialoq məkanına çevrilib – Xankəndidən AÇIQLAMA

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

Bakıda məktəbdə media nümayəndələrinə qarşı zorakılıqla bağlı cinayət işi BAŞLANILDI

End of content

No more pages to load

RADİO