Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 68-ə çatıb.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 290 nəfər yaralanıb, onlardan 168-i artıq Ermənistanın tibb müəssisələrinə aparılıb.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bizim.Media