Türkmənistanın “Nebitçi” klubunun futbolçusu Azərbaycanda oynaya bilər.
Bizim.Media xəbər verir ki, söhbət gənc yarımmüdafiəşi Maqtim Berenovdan gedir.
Qəbələ şəhərində toplanış keçən Türkmənistan təmsilçisinin 19 yaşlı futbolçusu ölkəmizin bir çox klublarının diqqətini cəlb edib. Forvardın özü də Azərbaycanda oynamağa ciddi maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media