Məhv edilən tarix, saxtalaşdırılan İRS – Erməni vandalizminin izlərini daşıyan TARİXİ ABİDƏLƏRİMİZ

Ermənilərin XIX əsrdə Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsindən sonra bölgənin demoqrafik və mədəni mənzərəsi köklü şəkildə dəyişməyə başladı. Bu proses təkcə erməni dövlətinin qurulması ilə yekunlaşmadı – paralel olaraq Azərbaycan xalqına məxsus tarixi, dini və mədəni irsə qarşı uzunmüddətli və məqsədyönlü siyasət həyata keçirildi.

Son iki əsr ərzində azərbaycanlıların İrəvan, Göyçə və Qərbi Zəngəzur kimi ərazilərdən kütləvi şəkildə didərgin salınması ilə yanaşı, həmin torpaqlarda onların mövcudluğunu sübut edən maddi-mədəni izlər də sistemli şəkildə məhv edildi.

Faktlar Avropalı tədqiqatçıların gözü ilə

Təkcə bir faktı deyək ki, 1912-ci ilə qədər indiki Ermənistan ərazisində - İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərirdi.

Bu faktı qədim Avropalı tədqiqatçılarda öz əsərlərində qeyd edib. Tarixi mənbələr göstərir ki, indiki Ermənistan ərazisi bir zamanlar zəngin Azərbaycan-İslam mədəniyyəti ilə seçilib. 1912-ci ilə qədər təkcə İrəvan, Eçmiədzin və Zəngəzur qəzalarında 100-dən çox məscid fəaliyyət göstərirdi.


Fransız səyyahı Jan Şarden XVII əsrdə İrəvanda gördüyü məscidlər haqqında yazır, şəhərin memarlıq simasında bu abidələrin mühüm yer tutduğunu qeyd edirdi. XIX əsrdə fransız tədqiqatçı Frederik Dyubua de Monpere isə İrəvan qalası və Göy məscid kimi abidələri detallı şəkildə təsvir edərək onların memarlıq baxımından yüksək səviyyəsini vurğulayırdı.

Erməni tarixçisi Tatevos Hakopyan 1971-ci ildə İrəvanda erməni dilində çap olunan “İrəvanın tarixi (1500-1800)” monoqrafiyasında da tarixi məscidlərin olduğunu və sonradan dağıdıldığını etiraf edir.

1906-1911-ci illərdə İrəvan şəhərinin texniki B.Mehrabov şəhərin planını və orada olan memarlıq abidələrinin siyahısını tərtib etmişdi. Mehrabov şəhərdə 8 məscid olduğunu qeyd etmişdi: Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi. 


Erməni tədqiqatçısı M.Qasparyan isə yazır ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində mövcud olmuş məscidlərdən Göy məscid, Hacı Hüseyn və Şəhər (Zal xan) məscidləri Könhə şəhər (Şəhri) massivində, Təpəbaşı məscidi eyniadlı massivdə, Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidləri isə Dəmirbulaq massivində yerləşmişdi.

Ermənistan ərazisində Azərbaycan irsinin silinməsi

XX əsrin əvvəllərindən etibarən, xüsusilə 1924-cü ildən sonra İrəvanın baş planı çərçivəsində şəhərin mərkəzində yerləşən Azərbaycan abidələrinin sökülməsi sürətləndirildi.

Şah Abbas, Sərdar, Hacı Novruzəli, Zal xan kimi məscidlər ya dağıdıldı, ya da məqsədli şəkildə başqa kimlik altında təqdim olundu. Yalnız Göy məscid müəyyən formada qorunub saxlanılsa da, onun orijinal dini funksiyası dəyişdirilərək “fars abidəsi” kimi təqdim etməyə çalışdılar.

Amerikalı jurnalist Robert Kullen və britaniyalı tədqiqatçı Tomas de Vaalın İrəvanla bağlı müşahidələri də bunu təsdiqləyir.

ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel 1991-ci il tarixli yazısında şəhərdəki azərbaycanlılara məxsus olmuş yeganə fəaliyyət göstərən məsciddən – Dəmirbulaq məscidindən bəhs edib.

R. Kullen yazır ki, İrəvanda qırğınlar və azərbaycanlıların şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər məscidi linglə uçurmuş, sonra isə buldozerlə yerlə bir ediblər.


Britaniyalı tədqiqatçı Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin təsvir etdiyi yerə gedib. Tomas de Vaal yazır:

“İrəvan sirlərlə dolu şəhərdir. Mənə elə gəlir ki onlardan biri mərkəzi meydanın yaxınlığında Vardanans küçəsindəki 22 №-li çoxmərtəbəli yaşayış evinin arxasinda yerləşir. Dar daş pilləkənlər məni ətrafı paslanmış qarajlar, kərpic və qum qalaqlarından ibarət boş bir məkana gətirib çıxartdi. Mən demək olar ki, əmin idim ki, məhz bu məkanda nə vaxtsa İrəvan azərbaycanlılarının istifadə etdiyi məscid dayanmışdı. Lakin həmin məscidin bəxti gətirmədi: onu “fars” məscidi hesab etməyərək uçurmuşdular”.

İşğal dövründə məhv edilən tarixi-mədəni abidələrimiz

Ermənilər təkcə Qərbi Azərbaycanda yox, 30 illik işğal dövründə Qarabağda və ətraf rayonlarda yüzlərlə tarixi-mədəni məhv ediblər. Belə ki, işğal dövründə Azərbaycana aid 500 tarixi-memarlıq abidəsi, 100-dən çox arxeoloji abidə, minlərcə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı mənfur düşmənlərimiz tərəfindən dağıdılıb.


Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Ermənilər işğal dövründə tarixi abidələrimizi ya məhv edib, ya da ondan tövlə kimi istifadə ediblər. Beləliklə ermənilər təkcə xalqımıza qarşı yox, həm də tarixi-mədəni abidələrimizə qarşı soyqırımı həyata keçiriblər. Tarixi abidələr məhz azərbaycanlılara aid olduğuna görə məhv edilib.

Ən dəhşətlisi isə odur ki, abidələrlə yanaşı azərbaycanlı qəbirləri də hədəf alınıb, məzarlıqlar yerlə yeksan edilib. Xüsusilə də, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla Azərbaycan məzarlığı dağıdılıb. Bununla yanaşı, qəbirlər qazılıb, baş daşları oğurlanıb, ya inşaatda istifadə edilib, ya da satılıb. Bu isə nə insanlığa, nə də beynəlxalq hüquqa sığır.


Alban kilsələrinin erməniləşdirilməsi prosesi necə başladı?

Ermənilər məskunlaşdıqları ərazilərdə müsəlman abidələri məhv etməklə paralel albanlara məxsus xristian tarixi abidlərini də özününküləşdiriblər. Təbii ki, bu məkrli plan təkcə ermənilərin istəyi və təşəbbüsləri ilə baş tutmayıb. Bu planın arxasında Çar Rusiyası dayanıb.

Tək bir faktı deyək ki, 1836-cı ildə çar I Nikolay xüsusi fərman imzaladı. Fərmana əsasən Göyçə, İrəvan, Zəngəzur və Qarabağ mahalındakı bütün Alban kilsələri özgəninkiləşdirilmək üçün ermənilərin sərəncamına verildi. Eyni zamanda Alban kilsələrinin ləğvi ilə yanaşı kilsələrin bütün mülkiyyətləri, arxivləri də erməniləşdirildi. Məhz bundan sonra indiki Ermənistan və hazırkı Qarabağ ərazilərindəki Alban abidələri ermənilərin sərəncamına keçdi.

Nəzərə alaq ki, Qafqaz Albaniyası əhalisinin böyük əksəriyyəti İslamı qəbul etdikdən və türkdilli Azərbaycan etnosu tam bərqərar olduqdan sonra, Azərbaycanın yerli əhalisindən yalnız etnik azlıqlar xristianlığa etiqad etməkdə davam edirdilər. Onlar arasında qədim Albaniya ilə mədəni və mənəvi bağları qoruyan udinlər xüsusi yer tutur. Lakin çar hökumətinin dəstəyi ilə udinləri Eçmiədzin kilsəsinin tərkibində hesablamağa və onları erməni kimi qeydə almağa başladılar. 1853-cü ildə udinlərin öz kilsələrinə getmələrini qadağan edən və onların yaşadıqları yerin yaxınlığında erməni kilsəsinin tikilməsi haqqında fərman dərc olundu. Nəticədə XIX əsrin ortalarında Qarabağda çoxlu udin kəndləri olsa da, XX əsrin əvvəllərində onların biri də qalmadı.


Alban kilsələri və erməni-qriqoryan kilsələrinin memarlıq üslubu biri-birindən köklü şəkildə fərqlənir. Məhz bu səbəbdən, mütəxəssislər Qarabağdakı qədim kilsələrin Qafqaz Albaniyası ilə aydın əlaqələrini aşkarlamaqda çətinlik çəkmirlər. Qarabağda və müasir Ermənistan ərazisindəki kilsələrin üslubu alban məbədlərinin memarlıq üslubundadır. Udin etnosunun ən müqəddəs abidələri içərisində bu gün yalnız xarici divarı və yeraltı saxlancları da daxil olmaqla bəzi tikililəri qalan Ləki monastırı seçilir.

Qeyd edək ki, Yelisey (VI-XIII əsrlər), Xatravak (XIII əsr), Böyük Aran (VI-XIII əsrlər), Gəncəsar (Ağdərə rayonu – XIII əsr), Yedi kilsə (V-VIII ərlər), Amaras (Xocavənd rayonu –IX-XIII əsrlər), Xotavənk (Kəlbəcər rayonu – XIII əsr), Həmşivank (Gədəbəy rayonu – XIII əsr), Hütəbənk (Xocavənd rayonu – XIII əsr), Tatev (Zəngəzur – IX-XI əsr), Ağarsin (İcevan rayonu IX – XIII), Qoşavənk (İçevan rayonu – XI – XIII) və Keçaris (İcevan rayonu XI-XIII əsr) kilsələri albanlar tərəfindən tikilib, istifadəyə verilib. Lakin bu kilsələrin hamısını sonrada ermənilər öz adlarına çıxıb, bu abidələrin üzərində ciddi dəyişikliklər ediblər.

Tarixi yaddaşın silinməsi siyasəti: nəticə və reallıqlar

Sadalanan faktlar göstərir ki, Ermənistanın həm öz ərazisində, həm də uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarında həyata keçirdiyi siyasət təsadüfi və epizodik xarakter daşımayıb. Bu, sistemli şəkildə aparılan mədəni təmizləmə xəttinin tərkib hissəsi olub. Azərbaycan xalqına məxsus məscidlərin, məqbərələrin, muzeylərin, kitabxanaların və hətta qəbiristanlıqların dağıdılması yalnız maddi irsə qarşı vandalizm deyil, bütövlükdə bir xalqın tarixi yaddaşına yönəlmiş hücumdur.

İşğal dövründə yüzlərlə tarixi-dini abidənin məqsədyönlü şəkildə məhv edilməsi, talan olunması və mənimsənilməsi, məzarlıqların təhqir edilərək qəbirlərin qazılması, başdaşlarının sındırılması bu siyasətin miqyasını açıq şəkildə nümayiş etdirir. Məscidlərin donuz və ya mal-qara saxlanılan yerlərə çevrilməsi isə dini dəyərlərə qarşı ən ağır təhqir formasıdır.


Eyni zamanda, Ermənistan ərazisində Azərbaycan irsinin izlərinin silinməsi – İrəvanda və digər bölgələrdə mövcud olmuş məscidlərin dağıdılması və ya saxta şəkildə təqdim olunması, eləcə də Qafqaz Albaniyasına məxsus xristian abidələrinin mənimsənilərək “erməniləşdirilməsi” bu siyasətin ideoloji əsaslarının göstəricisidir.

Bütün bunlar bir daha təsdiqləyir ki, məqsəd yalnız əraziləri nəzarətə götürmək deyil, həmin torpaqlarda Azərbaycan xalqının tarixi varlığını və mədəni kimliyini tamamilə silmək, gələcək nəsillər üçün bu izləri görünməz etmək olub. Bu isə təkcə fiziki dağıntı deyil – həm də mənəvi dəyərlərin təhqiri, tarixi yaddaşın məhv edilməsi və beynəlxalq hüquq normalarına zidd olan mədəni irsə qarşı yönəlmiş sistemli siyasətdir.






Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Hərbi xidmətdən yayınmaya görə CƏZALARA yenidən baxılacaq

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Xəzər dənizinə NAMƏLUM OBYEKT düşdü

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Bakıda hərbi hüquqşünaslarının işgüzar görüşü keçirildi - FOTO

Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur” - EKSKLÜZİV

Mehriban Xanlarova: “Altı-yeddi aydır işsizəm, dostlarım məni darda qoymur” - EKSKLÜZİV

Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı – HƏBS edilən var

Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı – HƏBS edilən var

Türkiyənin Ağrı vilayətində zəlzələ oldu - FOTO

Türkiyənin Ağrı vilayətində zəlzələ oldu - FOTO

Səkinə Sadıxova da İŞDƏN ÇIXARILDI

Səkinə Sadıxova da İŞDƏN ÇIXARILDI

Tatlıses vəsiyyətini AÇIQLADI: “Bütün sərvətimi dövlətə bağışladım” - VİDEO

Tatlıses vəsiyyətini AÇIQLADI: “Bütün sərvətimi dövlətə bağışladım” - VİDEO

Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO

Kürdə suyun səviyyəsi ARTIR: Aidiyyatı qurumlardan AÇIQLAMA - FOTO

"YAŞAT" Fondu şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərdi

"YAŞAT" Fondu şəhid Hikmət Həsənovun ailəsinə dəstək göstərdi

Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI

Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI

Cinayətin izini itirmək üçün gör, meyiti harda gizlətdilər - BİRGƏ MƏLUMAT

Cinayətin izini itirmək üçün gör, meyiti harda gizlətdilər - BİRGƏ MƏLUMAT

Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı

Azərbaycan XİN-dən ELAN: Bu imkandan yararlanın! - FOTO

Azərbaycan XİN-dən ELAN: Bu imkandan yararlanın! - FOTO

Evlilik xəbəri yayıb, izləyicilərini aldadan Hüseyn “gəlin”in kimliyini AÇIQLADI - VİDEO

Evlilik xəbəri yayıb, izləyicilərini aldadan Hüseyn “gəlin”in kimliyini AÇIQLADI - VİDEO

Latviya prezidentindən Azərbaycanla Aİ arasında vizasız rejimə REAKSİYA

Latviya prezidentindən Azərbaycanla Aİ arasında vizasız rejimə REAKSİYA

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

Latviya Prezidenti İlham Əliyevi ölkəsinə DƏVƏT ETDİ

Serj Sarkisyanın qardaşı qızının səhmləri və bank əmanətləri müsadirə olunacaq

Serj Sarkisyanın qardaşı qızının səhmləri və bank əmanətləri müsadirə olunacaq

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı VƏFAT ETDİ

Ermənilərin Xocalıdakı cinayətlərini ifşa edən rusiyalı yazıçı VƏFAT ETDİ

Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bu oliqarx 19 il həbsdə qalacaq - 1 milyard dollar QALMAQALI

Bu oliqarx 19 il həbsdə qalacaq - 1 milyard dollar QALMAQALI

Bakıda məktəbin qarşısında İNSİDENT: Valideynlərdən biri digərini BIÇAQLADI - VİDEO

Bakıda məktəbin qarşısında İNSİDENT: Valideynlərdən biri digərini BIÇAQLADI - VİDEO

Polşa XİN başçısı Kanye Uesti faşist adlandırdı – VİDEO

Polşa XİN başçısı Kanye Uesti faşist adlandırdı – VİDEO

“Bakı Metropoliteni” əvvəlki qrafikinə BU TARİXDƏ qayıdacaq

“Bakı Metropoliteni” əvvəlki qrafikinə BU TARİXDƏ qayıdacaq

End of content

No more pages to load

RADİO