Kreml üçün Bakı ilə müttəfiqliyin HƏYATİ ÖNƏMİ – “Moskva münasibətləri korlaya bilməz”

Azərbaycanın Rusiyanın Ukraynaya aid ərazilərdə keçirdiyi “seçki”ləri tanımaması barədə verdiyi bəyanat Moskvanı əməlli-başlı qıcıqlandırıb.

Rəsmi Moskva Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində keçirdiyi seçkilərlə bağlı şərhinə görə Bakıya demarş edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə sözügedən məsələyə toxunaraq, Azərbaycan tərəfinin şərhinin onda suallar doğurduğunu söyləyib:

“Niyə görə bu şərh verilib?

Belə qiymətləndirmələr bizim tərəfimizdən qəbul oluna bilməz. Bu, qəbuledilməz qiymətləndirmədir və ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin səviyyəsinə uyğun gəlmir.

Ona görə də diplomatik xətlə Azərbaycan tərəfinə demarş edilib. Belə diplomatik ifadə var. Hesab edirik ki, Bakı bizim ölkəmizin ərazi bütövlüyü məsələsinə, tərəfdaşımızın bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır.

Hansı ki burada söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyündən gedir. Düşünürəm ki, Rusiyanın yeni regionlarının tarixini bizim azərbaycanlı dostlarımız yaxşı bilir. Onlar bunu KİV-dən deyil, birgə keçmişimizdən bilirlər.

Ona görə ki onların bu prosesi tarixi kontekstdə müşahidə etmək imkanı olub. Biz ondan çıxış edirik ki, məhz bu anlayışla şərh üçün müvafiq siyasi baza yaranmalıdır”.

Qeyd edək ki, Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair Azərbaycan Xarici İşlər Nazirliyinin sentyabrın 9-da yaydığı bəyanatda Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı və dəstəklədikləri vurğulanıb.

Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır.

Bəyanatda da vurğulanır ki, bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son "seçkilər"in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur.

Zaxarovanın açıqlaması isə göstərir ki, Azərbaycanın Ukrayna torpaqlarının Rusiya tərəfindən işğalını tanımaması ilə bağlı bəyanatı Moskvanın xoşuna gəlməyib. Ona görə də Zaxarova tərəfindən Azərbaycana bu sayaq absurd xəbərdarlıq ünvanlanıb.

Görəsən, Ermənistanla münasibətləri pozulan Rusiya Azərbaycanla münasibətlərdə də problem yaratmağa çalışır?

Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, Moskva ölkəmizlə münasibətlərdə problem yaratmaq yoluna getməz, çünki Azərbaycan Rusiya üçün önəmli tərəfdaş və müttəfiqdir:

“Azərbaycanın mövqeyi bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüquq tərəfindən tanınan hər hansı bir yurisdiksiya Azərbaycan tərəfindən qəbul ediləndir. Bu beynəlxalq hüququn ana prinsiplərindəndir.
Ona görə də Azərbaycanın bütün hallarda hansı coğrafiyada olmasından asılı olmayaraq, həmin məsələyə münasibəti eyni olacaq. Azərbaycanla Rusiya arasında 2022-ci ilin fevralın 22-də imzalanan müttəfiqlik birgə fəaliyyəti barədə bəyannamədə də dövlətlərin ərazi bütövlüyünü tanıması məsələsi əsas prinsiplərdən biridir.

Hazırda Rusiyanın daxilində və onun qonşu dövlətlərlə münasibətlərində dəyişkən proseslər baş verir”.

Həmsöhbətimiz qeyd edir ki, belə mürəkkəb vəziyyətdə Rusiyanın öz sərhədinin digər sahələrində, məsələn cənubda hansısa ölkə ilə münasibətləri korlamaq cəhdləri yoxdur:

“Moskva bunu istəməz. Azərbaycan Rusiya üçün önəmli tərəfdaş və müttəfiqdir. Bu səbəbdən Moskvada səslənən hər hansı bir fikri Rusiyanın Azərbaycanla münasibətləri korlamaq istəməsi kimi qiymətləndirmək doğru deyil.

Rusiyanın Azərbaycana və Cənubi Qafqazda sabitliyə ehtiyacı var ki, bu da böyük ölçüdə təmin edən Azərbaycandır. Səsləndirilən digər fikirləri də məhz bu kontekstdə qiymətləndirərək, keçici, ötəri mövqe kimi qiymətləndirmək lazımdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

Nyu-Yorkda 38 mərtəbəli bina əyildi – İnsanlar təxliyə edilir

End of content

No more pages to load

RADİO