Qərbi Azərbaycan İcmasından Paşinyana CAVAB  

“Ermənistanın baş naziri Nikol Paşinyanın “POLITICO Europe” nəşrinə müsahibəsi və son günlər verdiyi digər açıqlamalar bir daha onun gündə bir neçə dəfə bir-birini inkar edən fikirlər səsləndirdiyini, ardıcıl siyasət yeritmədiyini, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, bunu indi başqa ad altında gizlətməyə çalışdığını, bölgədə vəziyyəti qəsdən kəskinləşdirməkdə maraqlı olmasını nümayiş etdirir”.

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. 

Qeyd edilib ki, N.Paşinyanın fikirləri onu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü hətta sözdə belə tanımasını şərtləndirir:

"Ermənistan yenə də hansısa “beynəlxalq mexanizm”in yaradılması xülyasındadır. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı siyasəti, onlarla dialoq Azərbaycanın sırf daxili işidir və bu məsələlərin Ermənistana heç bir aidiyyatı yoxdur.
Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir. Bu, qeyri-ciddi və təhlükəli siyasətdir. 

Baş nazirin “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı, çünki müttəfiqlərimiz susdu” fikri Ermənistanın əsl niyyətini, riyakarlığını göstərir.

Belə çıxır ki, Ermənistan kənardan dəstək alsaydı, onda Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. Bunu o dövlət deyir ki, özünə gələndə hər fürsətdə suverenliyini, ərazi bütövlüyünü, qırmızı xəttlərini qabardır, “timsah göz yaşları” axıdır, Azərbaycanın suverenliyinə qarşı beynəlxalq müstəvidə çirkin böhtan kampaniyası aparır.

Görünən odur ki, N.Paşinyan hələ də 30 il ərzində Ermənistanda təşəkkül tapmış irqçi, azərbaycanofob ideologiyanın təsiri altındadır. Həmin ideologiyanın əsas sütünlarından biri “Qarabağ məsələsi bitib, çünki erməni xalqı Qarabağ məsələsini döyüş meydanında həll edib” düşüncəsi idi. Erməni xalqının Qarabağ məsələsini necə “həll etdiyini” Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsi zamanı döyüş meydanında göstərdi". 
Vurğulanıb ki, Qərbi Azərbaycan İcmasının dialoq təklifini qəbul etməyən, azərbaycanlıların qayıdış hüququnu inkar edən N.Paşinyan, yəqin ki “Qərbi azərbaycanlılarla bağlı məsələni biz həll etmişik” düşüncəsindədir: 

"Bu, yanlış yanaşmadır. Qərbi azərbaycanlılar dinc yolla öz dədə-baba yurdlarına qayıtmaq əzmindədirlər və heç kim bunu əngəlləyə bilməz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

DÇ-2026: Argentina geridönüşlə ¼ finalda - VİDEO

End of content

No more pages to load

RADİO