Spiker Bolqarıstanın Baş naziri ilə informasiya texnologiyaları sahələrində əməkdaşlığı MÜZAKİRƏ EDİB - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 12-də Bolqarıstan Respublikasının Baş naziri Nikolai Denkov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluq qeyd edilib.

Vurğulanıb ki, dost və strateji tərəfdaş olan ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də uğurlu əməkdaşlıq üçün zəngin baza yaradır.

Xüsusilə 2015-ci ildə Bolqarıstan və Azərbaycan arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib.  

Bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biridir. O cümlədən ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də enerji sahəsində əməkdaşlıqdır. 

Baş nazir Nikolai Denkov ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın da vacibliyini vurğulayaraq, Milli Məclis sədrinin bu səfərinin münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.

O, Bolqarıstanın Azərbaycanda nəqliyyat və logistika sahəsinin, nəqliyyat dəhlizlərinin inkişafında, o cümlədən əczaçılıq, informasiya texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. 
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda müxtəlif sahələrə investisiya imkanlarını, Azərbaycanın müasir nəqliyyat infrastrukturunu və tranzit ölkə kimi mühüm rolunu qeyd edərək, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib.

Görüşdə humanitar sahədə də əməkdaşlıq diqqətə çatdırılıb.

Qeyd edilib ki, Azərbaycan və Bolqarıstan xalqları arasında təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsi kimi tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir.

Söhbət zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verilib, Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “prezident seçkiləri”nə münasibət bildirilib.

Vurğulanıb ki, Azərbaycan xalqı sülh və sabitlik istəyir. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb. 
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO