Ukrayna Prezidenti Volodimir Zelenski Baxmut istiqamətində hücum əməliyyatları aparan Ukrayna hərbçilərinin döyüş briqadalarını ziyarət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Məlumata görə, Zelenski 93-cü "Xolodnı Yar" xüsusi mexanikləşdirilmiş briqada və bir neçə digər briqadaların yerləşdiyi məkana baş çəkib.
O, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski ilə görüşüb və “Liman” OTQ və "Soledar" OTQ-nin cavabdeh olduğu zonalarda operativ vəziyyət ilə bağlı məruzələri dinləyib.
Bizim.Media