"France-Presse" agentliyinin müxbiri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovdan general Sergey Surovikinin harada olduğunu soruşmağa çalışıb.
Bizim.Media xəbər verir ki, Peskov xatırladıb ki, müdafiə naziri Sergey Şoyqu dünən jurnalistlərin "General Surovikinlə bağlı təhqiqat aparılırmı?" sualını cavabsız qoyub:
"İndi o sualı sizə vermək olarmı, onun haqda bir şey bilirsinizmi? Yox, olmaz".
Xatırladaq ki, Şoyqu Surovikini 2022-ci ilin oktyabrında xüsusi əməliyyat zonasında (Ukraynada) qoşunların komandanı təyin edib. İyunun 24-də Surovikin Moskvaya yürüş edən "Vaqner"çilərə səslənərək dayanmağı təklif etmişdi. Bundan sonra general bir daha ictimai məkanda görünməyib.
Bizim.Media