“Rusiya və Türkiyə qaz qovşağı layihəsinin həyata keçirilməsi üçün işçi qrupu yaradacaq, qovşağın fəaliyyətinin hüquqi bazasını razılaşdıracaq”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Türkiyə danışıqlarının yekunlarına dair keçirdikləri birgə mətbuat konfransında deyib.
““Qazprom” “Botaş” şirkətinə bu layihənin həyata keçirilməsi üçün yol xəritəsini təhvil verib.
Gündəlikdə birgə işçi qrupunun yaradılması, qovşağın fəaliyyəti üçün qanunvericilik bazasının koordinasiyası, tender və alınan qazın ötürülməsi sxemləri var”, - deyə Putin qeyd edib.
Bizim.Media