Türkiyənin Egey bölgəsinin üç rayonunda tufan xəbərdarlığı edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Metrologiya Xidməti məlumat yayıb.
Məlumata görə, təbii fəlakət İzmir, Aydın və Manisa şəhərlərində təsirli olacaq. Tufan yağış və sellə müşahidə ediləcək.
Əhaliyə yağış zamanı qəfil sel, daşqın, şimşək çaxması, dolu və güclü külək əsməsi kimi hallara qarşı diqqətli və tədbirli olmaq xəbərdarlığı edilib.
Bizim.Media