“Ukraynanın keçirdiyi əməliyyatların bir çoxunda uğursuz olub”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Soçidə keçirilən danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
“Bu, (Ukraynanın əks-hücum əməliyyatlarını nəzərdə tutur - red.) əks-hücum deyil, uğursuzluqdur. Bütün hallarda, bu gün üçün bu məhz belə görsənir. Baxaq görək sonra necə olacaq. Ümid edirəm ki, bundan sonra da nəticə dəyişməyəcək.
Demək istəyirəm ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. İndi də biz imtina etmirik. Türkiyə prezidenti də bu məsələni bugünkü danışıqlarda qaldırdı. Mən ona da mövqeyimizi təsdiqlədim”, - deyə Putin qeyd edib.