Nazilə: “Fatimə qanun qarşısında məndən üzr istəyəcək” - VİDEO

“Fatimə Fətəliyeva qanun qarşısında məndən üzr istəyəcək. Buna da məcburdur, çünki o, artıq Apelyasiya məhkəməsində uduzub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli qonaq olduğu “YouTube”da yayımlanan “Mirinin dibçəyi” layihəsində deyib. 

Fatimə ilə aralarında yaşanan qalmaqaldan söz açan Nazilə bildirib ki, qarşı tərəf onu sağlamlıq mərkəzlərinin birində təhqir edib: 

“Məni sağlamlıq mərkəzinə dəvət etdilər. Orada yaxşı müalicə aldım. Müalicəmin qarşılığında isə həmin sağlamlıq mərkəzini sosial şəbəkə hesabımda reklam etdim. Müalicə bahalı və mənə faydası var idi. Onlardan ödəniş tələb etmədim. Dedim ki, müalicəyə ehtiyacım var. Mənə klinikaya aid olmayan lakin ora dəvət edən vasitəçi söylədi ki, kim səndən soruşsa söylə ki, pulunu verib, müalicəni edirəm.
Cavab olaraq söylədim ki, mən belə aciz qalmışam ki, sizə həm pul verirəm, həm də sosial şəbəkə səhifəmdə reklam edirəm. Dedi ki, sonra sənə her şeyi izah edərəm. Sonra mərkəsin sahibəsi ilə görüşdüm. Ona sual verdim ki, bu nə məsələdir, məni bura özünüz çağırmısınız. Burada gizlədəsi nə var? Xanım cavab verdi ki, Nazilə xanım, sizin daşınız ağırdır.  Bu məsələnin kökünə varanda, öyrəndim ki, bir rəqqasə bu mərkəzə gəlmək istəyibmiş. Amma adını çəkmədi.

Dedi ki, o  rəqqasə bura gəlib, müalicə alıb, sonra isə bizim mərkəzin sosial şəbəkə hesabını “izləmədən” çıxarıb. İndi o rəqqasə yenidən bu mərkəzə gəlmək istəyir, amma ona yerin olmadığını söyləmişik. Həmin rəqqasə isə bunlara cavab olaraq “Nə yaxşı o kor-kobud Naziləyə yer var, amma mənim kimi gözəl rəqqasəyə yer yoxdur və onu reklama çəkilməyə çağırmısınız. İsrar etdim ki, adını öyrənim dedlər ki, oriental rəqqasdir. Bu oriental deyəndə isə artıq beş nəfər rəqqasə  haqda fikirlərşməyə başladım.

Bu məntiqdir, Rihannadan danışmır ki... Mən də sosial şəbəkə hesabımda post paylaşıb, yazdım ki, bir rəqqasə reklam etdiyi məkanlardan birinə zəng vurub deyib ki, mənim kimi gözəl rəqqasəni qoyub kor-kobud Naziləni niyə çağırırsınız məkana. Həmçinin həmin yazıya əlavə etdim ki, vaxtında yiyəmiz olub deyə, stolların üstündə “dingildəməyə” icazəmiz olmayıb. Biz bu səbəbdən də kobud qalmışıq.

Mən bu sözlərimlə rəqqasə sözünü alçaltmamışam. Stolun üstündə çox rəqqasə görmüşəm. Bir yaxın dostum, iş adamının ziyafətində idim.

Çox gözəl əhvalım vardı. Bir də gördüm ki, hamı mənə bir “link” atır. Baxıb, görürəm ki, həmin linkin üzərində yazılıb, Fatimə Naziləni yıxıb sürüyüb, ağzına gələni deyib. O, ünvanıma pis və ağır sözlər deyib. Adama deyərlər ki, soğan yeməmisən, için niyə görnəyir? Onun bu sözləri isə özümə sürpriz oldu. Burada sizcə mən qalmaqalın harasındayam? Bu nə iş idi başıma gəldi?

Həmin an isə çoxlu pulum vardı. Pulum çox olanda isə mənə heç nə qıcıq etmir. Baxdım videoya, amma bu qızın dediyindən heç nə anlamadım. Sosial şəbəkə hesabımın “hekayə” bölməsində “Əziz izləyicilər mən çox gözəl bir məclisdəyəm. Fatimə ilə məclisdən sonra məşğul olacağam. İnsanlar bu sözlərimi necə topa qoydular. Gecə saat üçdə yazdığımı 10 mindən çox izləyici oxumuşdu. Elə bil ki, ölkənin başqa dərdi yox idi. Fatimə ilə Allah şahiddir ki, problemim yoxdur. Orada da ona söylədim ki, sən səhv etmisən.

Demək sən ora layiq deyilsən. Söylədim ki, Fatimə bayram ərəfəsidir və sənin üzr istəmək üçün 14 gün şansın var. Yəni bütün hallarda sən məndən üzr istəyəcəksən. Fatimə “Rəqqasə paltarını məndən götürüb gedib, harada və kim üçün oynamısan” sözlərini ünvanıma söylədi. Mən də ömür boyu sanki Vandamın əmisi qızıyam (böyük ölçülü bədənə sahib olduğunu nəzərdə tutur – red).
Fatimənin rəqqasə geyimi əynimə necə ola bilər? Çox gülməlidir. Mən də bunu yumor üçün dedim. Fatimənin ətrafında olan 90 faiz insanlar mənə zəng vurub söylədilər ki, əcəb elədin. Düşündüm ki, insanlar niyə belədir, yəqin məndən də ona daşıyırlar. Şəffaf insanam. Ətrafım quruyub, yoxdur. İnsanlardan tez yoruluram. Biraz saxtakarlıq və simiclik hiss etdimsə, səliqəli şəkildə uzaqlaşıram və qarşı tərəfə hesabat vermirəm”. 

Müsahibə zamanı Səfərli vurğulayıb ki,  illər əvvəl Fətəliyeva bir neçə dəfə onunla barışmaq üçün addımlar atıb: 
 
“Bu Fatimə də birinci dəfə deyil. O, bir dəfə mənimlə danışmaya-danışmaya “Maşın” şouda barışdı. Özü də dedi ki, buraya Nazilə ilə barışmağa gəlmişəm. Bir dəfə də müştəri onun yanından çıxıb, mənim yanıma gəlib. Müştəri zəng vurub mənə deyir ki, biz xınaya Fatiməni istəyirdik, amma o bir başqa qohumumuzun xınasında iştirak etdi, xoşuma gəlmədi.

İstəyirəm ki, siz gələsiniz məclisimizə. Söylədim ki, zövqlər müxtəlifdir bununla bağlı Fatimə xanımı xəbərdar edin. Çünki ona beh vermisiniz o gözləyir. Qapıma müştəri gəlibsə, ondan imtina edə bilmərəm. Çünki onu mən götürməsəm, başqa yerə gedəcək”. 
Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib.   

Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək apelyasiya məhkəməsinə müraciət edib.    
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Peter Madyar: "Ukraynanın Aİ-yə daxil olması prosesi illərlə çəkə bilər"

Bakıdan sonra ən çox səfər edilən şəhərlərimiz

Bakıdan sonra ən çox səfər edilən şəhərlərimiz

Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib

Gecə ərzində Rusiyada Ukraynaya məxsus 249 PUA məhv edilib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Almaniyalı nazir çıxışlarının üçdə birində süni intellektdən istifadə edib - FOTO

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Mədəniyyət Nazirliyindən Hidayət Orucovun ailəsinə başsağlığı

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Ağdamda yanğın söndürüldü - İldırım düşmüşdü

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Sankt-Peterburqda internet kəsintilərinə qarşı tədbir: Turistlərə kağız xəritələr paylanacaq

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Rusiya Müdafiə Nazirliyinin adından yeni fırıldaqçılıq: Ordudan tərxis olunanlar hədəfdədir

Bu günün hava proqnozu açıqlandı

Bu günün hava proqnozu açıqlandı

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Tovuzdakı qəzada həyatını itirən qazinin FOTOSU

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başladı

Qızıl və gümüşün SON qiyməti

Qızıl və gümüşün SON qiyməti

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Moskva istiqamətində hərəkət məhdudlaşdırıldı - PUA hücumu var

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Amerikalı senator: "Tramp administrasiyasından heç kim Ukraynaya getməyib" - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Türkiyədə inanılmaz hadisə: Küçə pişiyi tamaşa zamanı "ölən" Romeonu diriltməyə çalışdı - VİDEO

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Tramp öz ad günündə İranla razılaşmaya imza atacaq?

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

Tramp G7 sammitində Zelenski ilə ayrıca görüşmək niyyətində deyil

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

ABŞ-la gizli razılaşma Tehranı QARIŞDIRDI: Xameneidən xalqa TƏCİLİ ÇAĞIRIŞ

Trampın adı o mərkəzdən gecəykən söküldü

Trampın adı o mərkəzdən gecəykən söküldü

DÇ-2026: Almaniya və Niderland milliləri səhnəyə çıxırlar

DÇ-2026: Almaniya və Niderland milliləri səhnəyə çıxırlar

Cennifer Lopez libası ilə hər kəsi heyran etdi - FOTO

Cennifer Lopez libası ilə hər kəsi heyran etdi - FOTO

Milyarder və supermodel 1000 illik qadağanı pozdu: Bu məkanda gizli toy

Milyarder və supermodel 1000 illik qadağanı pozdu: Bu məkanda gizli toy

End of content

No more pages to load

RADİO