“Avropa İttifaqının islahatlara ehtiyacı var”.
Bizim.Media xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.
O, Aİ-nin fəaliyyətini tənqid edərək qeyd edib ki, Avropanı iki-üç ölkə idarə etməməlidir. Tajani ABŞ-nin Ukrayna müharibəsindəki mövqeyinə də etiraz edib:
“Biz Ukrayna - Rusiya müharibəsində gördük ki, biz həmişə ABŞ-ın arxasınca qaça bilmərik. Ölkə olaraq tərəfdaşlığımızı Çinlə davam etdirmək istəyirik, lakin Kəmər-Yol Layihəsi gözlədiyimiz nəticəni vermir”.
Bizim.Media