“Rusiyaya işğal olunmuş ərazilərdə möhkəmlənmək, ordunu yenidən qruplaşdırmaq, səfərbərlik həyata keçirmək, Avropada bir neçə qorxulu təxribat həyata keçirmək üçün saxta danışıqlar lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixailo Podolyak özünün “Twitter” (hazırki “X”) hesabında yazıb.
Bu, münaqişə yox, aqressorun uduzmalı olduğu genişmiqyaslı müharibədir.
Bir sözlə, Rusiyanın sülhə yox, müvəqqəti fasiləyə ehtiyacı var. Tam sülh üçün yeganə təminat Ukraynaya daha çox silah tədarüküdür”, - deyə Podolyak qeyd edib.

Bizim.Media