Danimarka Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirliyində maksimum 5 diplomat və 20 əməkdaşın olmalı olduğunu bildirib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Danimarka Xarici İşlər Nazirliyi Rusiya səfiri Vladimir Barbinə Rusiyanın Kopenhagendəki səfirliyindəki işçilərin sayının Danimarkanın Moskvadakı səfirliyinin işçilərinin sayına uyğun səviyyəyə endirilməli olduğu barədə məlumat verib.
Tələbə uyğun olaraq, ixtisarlar sentyabrın 29-dan gec olmayaraq başa çatdırılmalıdır.
Bizim.Media