ABŞ Prezidenti Cozef Bayden ölkədə bu yaxınlarda baş vermiş təbii fəlakətlərin vurduğu zərərin ödənilməsinə daha 4 milyard dolların ayrılması xahişi ilə Konqresə müraciət edib.
Bizim.Media xəbər verir ki, qeyd olunan məbləğ administrasiyanın daha öncədən bu ay bir sıra dövlət proqramlarının maliyyələşdirilməsi çərçivəsində tələb etdiyi 12 milyard dollara əlavədir.
Prezident Co Bayden dəfələrlə bildirib ki, son həftələr meşə yanğınları və daşqınlardan zərər çəkənlər bərpa işləri üçün lazım olan qədər federal yardım alacaqlar.
Bizim.Media