Sosial xidmətlərlə bağlı yeni iş yerləri açılacaq – RƏSMİ AÇIQLAMA

Avqustun 28-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” qəbul olundu. Dövlət Proqramında sosial xidmət sahələrinin inkişafı üçün bir sıra islahatların və layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu işlər sırasına “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları təsdiq edilməsi daxil edilib. 

Bu layihəyə ilkin mərhələdə hansı kateqoriyadan olan insanlar daxil olunacaq? Bu layihə regionlarda məşğulluğun artırılmasına hansı töhfləri verəcək? 

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətlərin əhatəsinin genişlənməsini əhatə edir:

“Proqramda həmçinin, ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması, bu sahədə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşməsi və yeni e-xidmətlərin tətbiqi və s. kimi hədəflər hərtərəfli əhatə edilir. Peşə və kvalifikasiya standartı işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır”. 

Nazirlik rəsmisi, son 5 ildə ƏƏSMN tərəfindən mindən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq olunduğunu diqqətə çatdırıb:

“Dövlət Proqramının əsas hədəflərindən biri də sosial xidmət sahəsində rəqabətqabiliyyətli kadr potensialının inkişafıdır. Bunun üçün də “Sosial işçi”, “Sosial xidmətçi”, “Sosial pedaqoq” və “Sosial iş üzrə mütəxəssis-psixoloq” peşələri üçün peşə və kvalifikasiya standartları da hazırlanaraq təsdiq ediləcək. “Sosial xidmət haqqında” Qanuna əsasən, sosial xidmət - çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdir. 

Qanuna əsasən, çətin həyat şəraiti dedikdə, buraya şəxsin (ailənin) sosial xidmətə götürülməsi üçün əsas yaradan və həyat fəaliyyətini obyektiv surətdə pozan, təkbaşına aradan qaldıra bilmədiyi hal nəzərdə tutulur. Yəni, sosial xidmətlər hansı şəxslər ki, çətin həyat şəraitində yaşayırlar, onların bu və ya digər səbəbdən sosial-psixoloji vəziyyətini, məişətini çətinləşdirən və təkbaşına bacarmadıqları problemlərin  həllində dövlət dəstəyini nəzərdə tutan xidmətlərdir. 

Həmin şəxslərin sırasına xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq, köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları olmayan şəxslər, əlilliyi olan uşaqlar, yaxud valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan uşaqlar, baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, məişət zorakılığından zərər çəkənlər, müəyyən yaşayış yeri olmayanlar, insan alveri qurbanları və digər kateqoriyalardan olanlar sosial xidmət sistemi ilə əhatə olunublar. Yeni Dövlət Proqramında nəzərdə tutulan tədbirlər də sosial xidmətlər sisteminin əhatə etdiyi həmin kateqoriyalara yönəlib”. 

F.Talıbov, dövlət sifarişi ilə icra olunan sosial xidmət layihələrinin miqyasının genişlənməsinin ölkədə yeni iş yerlərinin açılmasına, eləcə də məşğulluğunun təminatı işlərinə də töhfə verdiyini qeyd edib:

“Bu iş yerləri sırasına layihə menecerləri, sosial işçilər, psixoloqlar, uşaq inkişafı mütəxəssisləri, tərbiyəçilər, pedaqoqlar, loqopedlər və b. daxildir. Dövlət Proqramında da dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının hər il 10 faiz artmasına nail olunması hədəfi əksini tapıb. Bu da həmin layihələr üzrə ölkədə, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda sosial xidmətlər sahəsi üzrə yeni iş yerlərinin, məşğulluq imkanlarının artmasına müsbət təsir edəcək.

Sənədə, Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyətə sosial xidmət sahəsində yüksəkixtisaslı və peşəkar kadr hazırlığının həyata keçirilməsi məqsədilə ali təhsil müəssisələrində mövcud təhsil proqramlarının təkmilləşdirilməsi, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət göstərilməsi və sosial işin təşkili üçün yeni təhsil proqramlarının qəbul edilməsi kimi işlər daxildir. Dövlət Proqramının icrası ilə bağlı tərkib hissəsi kimi Tədbirlər Planı da mövcuddur və sənədin icrası üzrə bütün görüləcək tədbirlər əhatə olunub.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

2 milyonluq kompleks müsabiqəyə çıxarılır

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Məşhur aktyor "Yeraltı" serialında— FOTO

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Avqustun 20-də saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Rusiya Xersona dronla zərbə endirdi: Ölənlər var – FOTO

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Duru yağ zərərlidir? – Mütəxəssisdən açıqlama

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Ukraynada məmurların evində axtarış aparılır – FOTO

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

Tramp Kanadadan neft kəməri çəkilişini bərpa edir

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? - RƏSMİ AÇIQLAMA

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Doqquz nəfər saxlanıldı – FOTO/VİDEO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Malayziyanın yeni səfiri Azərbaycana gəldi – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq – FOTO

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Deputatlarımız Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Mirrəhim Nəbiyev vəzifəsindən AZAD EDİLDİ

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Qasparyandan rus blogerlərə ÇAĞIRIŞ – “Azərbaycanla bağlı danışanda məsuliyyətli olun” – VİDEO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Azərbaycan XİN Əfqanıstanı təbrik etdi – FOTO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Rusiyanın ən böyük partlayıcı istehsal edən zavoduna zərbə endirdi – VİDEO

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Başqasının xahişi ilə kredit götürürsünüzsə, BUNLARA DİQQƏT EDİN! – XƏBƏRDARLIQ

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Yaşa görə əmək pensiyası ilə bağlı RƏSMİ AÇIQLAMA

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Trampdan GİZLİ TƏLİMAT – İranla bağlı yeni strategiya üzə çıxdı

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Ali məktəblərə ixtisas seçimi edənlərin DİQQƏTİNƏ!

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

Qusarda 4 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

“By Ella” ləqəbli bloqer həbs edildi

“By Ella” ləqəbli bloqer həbs edildi

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı – FOTO

Boşanmaların ən yüksək olduğu ərazi...

Boşanmaların ən yüksək olduğu ərazi...

End of content

No more pages to load

RADİO