Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının növbəti iclasını keçirib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, iclas iştirakçıları hücum əməliyyatları, cəbhənin silah və digər lazımi şeylərlə təmin olunması ilə bağlı problemlər ətrafında fikir mübadiləsi aparıblar.
İclasda eləcə də mühüm enerji infrastrukturunun mühafizəsi planının icrası və Ukraynanın qarşıdan gələn qışa hazırlığı müzakirə edilib.
Bizim.Media