Avropa İttifaqının oktyabrda keçiriləcək sammitində dövlət və hökumət başçıları Ukrayna və Moldovanın Aİ-yə mümkün qəbulu məsələsinə baxacaqlar.
Bizim.Media xəbər verir ki, bu məlumatı Aİ prezidenti Şarl Mişel Sloveniyanın Bled şəhərində XVIII Beynəlxalq Strateji Forumun açılışı zamanı təsdiqləyib.
“Mən həmçinin gözləyirəm ki, Bosniya və Herseqovina, eləcə də Gürcüstanla bağlı suallar yenidən gündəmə gələcək”- deyə o deyib.
Mişel Avropa İttifaqının 2030-cu ilə qədər genişlənməyə hazır olması barədə yayılan məlumatları da təsdiqləyib.
Bizim.Media