Türkiyə ordusunun hərbi qulluqçusu İraqın şimalında keçirilən "Pəncə-Kilit" əməliyyatı zamanı şəhid olub.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"“Pəncə-Kilid” əməliyyat bölgəsində PKK tərəfindən yerləşdirilən partlayıcının işə düşməsi nəticəsində ağır yaralanan Türkiyə ordusunun hərbçisi Erkan Səlcuq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda deyilir.
Bizim.Media