Laçında “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu AÇILIB - FOTO 

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışında iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma pavilyonda yaradılan şərait barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident və Xanımı “İstisu”da Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış oldular


Bildirilib ki, Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb.

Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək.

Studiya çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək.

Studiya, həmçinin yerli və xarici media, dövlət təşkilatları, dövlət və özəl kinostudiyalar ilə əməkdaşlıq əsasında regiondan audiovizual kontent təqdim edəcək. 

Diqqətə çatdırılıb ki, çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir.

Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Studiyanın tərkibində “Hochaz Hotel” və “Hochaz Kafe” də fəaliyyət göstərəcək. 

Məlumat verilib ki, pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur. Kino sənayesində ən çox tələbat duyulan dekorların hər biri xüsusi olaraq “Hoçazfilm”in sifarişi əsasında hazırlanmış əl işidir.

Bütün bunlar kino və digər kommersial çəkilişlər üçün müxtəlif agentliklər və studiyalarla qarşılıqlı faydalı əməkdaşlığın yaradılması baxımından çox əhəmiyyətlidir.

Pavilyonda ilkin mərhələdə nadir dekorasiyalar - təyyarə, helikopter, həbsxana, elmi laboratoriya və üçtərəfli yaşıl ekran quraşdırılıb. Kinopavilyonun tələbata uyğun olaraq mütəmadi qaydada yeni dekorlarla zənginləşdirilməsi nəzərdə tutulub. 

Həmçinin bildirilib ki, “Hoçazfilm” yaradıcılıq studiyasının ilk layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən “Qarabağ qubernatoru” bədii-sənədli filmidir.
Layihənin məqsədi tarixi paralellər aparmaqla Qarabağ və Zəngəzur ətrafında erməni daşnaklarının və Qafqazda maraqları olan böyük siyasi güclərin həyata keçirdikləri işğalçılıq siyasəti, törətdikləri cinayətlər barədə həqiqətləri dünyaya çatdırmaq, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış Azərbaycan xalqının, dövlətçiliyinin əzəmətini, qüdrətini tərənnüm və təbliğ etməkdir. 

Birinci xanım Mehriban Əliyeva: Kino müharibədən sonra Azərbaycan üçün çox vacibdir. 

Prezident İlham Əliyev: Xüsusilə indi Qarabağ müharibəsi ilə bağlı, ümumiyyətlə, mövzular çox ola bilər. Müharibənin özü, həm müxtəlif epizodlar, müxtəlif əməliyyatlar. 

Birinci xanım Mehriban Əliyeva: Əlbəttə. 

Studiyanın əməkdaşı: Silsilə sənədli filmlərimiz var. Sizin uğurlu siyasətiniz sayəsində 44 günlük müharibə ilə böyük uğur əldə etmişik. Bundan artıq heç nə ola bilməz. İnşallah, yaxşı olacaq. 

Birinci xanım Mehriban Əliyeva: Amin. 

Prezident İlham Əliyev: İndi laçınlılar gəlib öz dədə-baba torpağında yaşayırlar. Uğurlar. 

Birinci xanım Mehriban Əliyeva: Sağ olun. 

Studiyanın əməkdaşı: Sağ olun. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Rubinyan: Ermənistan-Azərbaycan danışıqları Ermənistan-Türkiyə normallaşma prosesini qabaqlayır

Çökən asfalt, yarılan yollar: Paytaxtdakı təhlükənin səbəbləri bəlli oldu - FOTO

Çökən asfalt, yarılan yollar: Paytaxtdakı təhlükənin səbəbləri bəlli oldu - FOTO

2 avqust - Azərbaycan Kinosu Günüdür

2 avqust - Azərbaycan Kinosu Günüdür

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Nazir müavini: İşğal dövründə 700-dən çox tarixi və mədəniyyət abidəmiz dağıdılıb

Kərki kəndi bu gün Ermənistanın yeni parlamentində müzakirə edildi - VİDEO

Kərki kəndi bu gün Ermənistanın yeni parlamentində müzakirə edildi - VİDEO

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

Mərakeşdən İspaniyaya keçmək istəyərkən ölən miqrantların sayı 90-a çatdı

Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Ruben Rubinyan: “Uşaqların sülh şəraitində böyüməsi üçün əlimdən gələni edəcəm” - VİDEO

Tramp niyə geri addım atdı? - İranla bağlı yeni detallar üzə çıxdı

Tramp niyə geri addım atdı? - İranla bağlı yeni detallar üzə çıxdı

Gəncədə 3 mərtəbəli ev yandı - FOTO

Gəncədə 3 mərtəbəli ev yandı - FOTO

Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş

Litva Rusiyaya NOTA VERDİ

Litva Rusiyaya NOTA VERDİ

Fransanın ABŞ-a yeni səfir təyinatı diplomatik mübahisəyə səbəb oldu

Fransanın ABŞ-a yeni səfir təyinatı diplomatik mübahisəyə səbəb oldu

Rusiya Xarkov vilayətində “Nova Poçta”nın böyük terminalına zərbə endirdi

Rusiya Xarkov vilayətində “Nova Poçta”nın böyük terminalına zərbə endirdi

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kəlbəcərdə dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi

Kəlbəcərdə dağlıq ərazidə köməksiz qalan şəxs xilas edildi

Vahid Əziz: "Nəriman Həsənzadə ağrılarını, əzablarını içinə çəkirdi”

Vahid Əziz: "Nəriman Həsənzadə ağrılarını, əzablarını içinə çəkirdi”

Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri MƏHV EDİLDİ

İsraildən növbəti əməliyyat: HƏMAS-ın iki komandiri MƏHV EDİLDİ

Nəriman Həsənzadə 1950-ci illər ədəbi nəslinin son böyük nümayəndəsi idi - Orxan Fikrətoğlu

Nəriman Həsənzadə 1950-ci illər ədəbi nəslinin son böyük nümayəndəsi idi - Orxan Fikrətoğlu

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn edildi

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn edildi

Ötən ay Rusiyanın əsas hədəfi Kiyev olub

Ötən ay Rusiyanın əsas hədəfi Kiyev olub

Moskva partlayışında ölənlərin sayı 5-ə çatdı

Moskva partlayışında ölənlərin sayı 5-ə çatdı

Nizami Cəfərov: "Nəriman Həsənzadə başdan-ayağa milli düşüncənin məhsulu idi"

Nizami Cəfərov: "Nəriman Həsənzadə başdan-ayağa milli düşüncənin məhsulu idi"

End of content

No more pages to load

RADİO