“Rusiya Ukraynaya dəymiş ziyanı ödəyənə qədər ABŞ, Fransa, Almaniya, İtaliya və Böyük Britaniyadakı aktivləri dondurulacaq”.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ağ Evdə Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşavirləri ilə danışıqlardan sonra verdiyi bəyanatda bildirib.
Müşavirlər Rusiyanı Ukraynadakı dağıntılara görə məsuliyyətə cəlb etmək yollarını müzakirə ediblər.
Bizim.Media