Bu gün axşam saatlarında Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Dmanisi rayonunda 4,1 maqnitudada zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Dmanisidən 9 kilometr cənub-şərqdə yerləşən Sakireti kəndi yaxınlığında qeydə alınıb.
Bizim.Media