Rusiyalı iş adamı Roman Abramoviç Ankaraya gedib. Məqsəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə gəlişinin hazırlıq məsələlərini müzakirə etməkdir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın olan "VÇK-OQPU" Teleqram kanalı yazıb.
Mənbə xatırladır ki, Türkiyə liderinin Soçidə Rusiya prezidenti Vladimir Putinlə müzakirə predmeti "taxıl sazişi"nin bərpasıdır.
Bizim.Media