Türkiyənin Burdur vilayətinin Bucak rayonunda meşə yanğını başlayıb.
Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, əraziyə İsparta Meşə İdarəsinin əməkdaşları cəlb edilib.
Yanğının səbəbi hələlik bəlli deyil. Həmçinin, yanğının söndürülməsi üçün bölgəyə 2 helikopter, 5 təyyarə və çoxlu sayda canlı qüvvə göndərilib.
Bizim.Media