Gülbahar Quliyeva: “Bacım İlhamənin yoxluğundan istifadə edib ağızlarına gələni danışırlar” - VİDEO

“İlhamə xanım sərt qadın olub. Buna baxmayaraq, o, ürəyi yumşaq və zərif idi. İlhamə xanımın sağlığında ona salam vermək üçün sıraya düzülürdülər. İndi isə həmin insanlar İlhamə xanımın yoxluğundan istifadə edib, onun haqqında ağızlarına gələni danışırlar”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın böyük bacısı Gülbahar Quliyeva “Retro Bakı” verilişinə müsahibəsində deyib. 

Gülbahar xanım bacısı İ.Quliyevanın Xalq artisti Flora Kərimova ilə aralarında yarım əsrdən çox davam edən qalmaqaldan söz açıb. O bildirib ki, İlhamə Flora ilə yola getməsə də, onun sənətini hər zaman sevib: 

“Bacım İlhamə xanım Flora Kərimovanın sənətini çox sevirdi və bəyənirdi. Doğrudur, onlar bir-biri ilə yola getməsələr də, lakin hər ikisi böyük sənətkardır. İlhamə xanım kimi sənətkarın sözünü danışmaq düzgün deyil. Onun sağlığında danışardınız da... Amma o dünyasını dəyişəndən sonra hamınınızın dili uzandı. Niyə?” 

Sənətkarın bacısının sözlərinə görə, İlhamə Quliyeva ağır xəstə olduğunu hamıdan gizlətməyə çalışıb:  

“İlhamə xanım mənə və digər bacımız İradə xanımı da deyirdi ki, məni “krujeva”larla bəzədilmiş tabutda basdırın. Biz amma onun bu sözünü zarafata salırdıq. Amma bacım çox gözəl rəhmətə getdi. O heç başa düşmədi ki, o öldü. İlhamə xanım bilsəydi ki, öləcək, o həmən dəqiqə ölərdi. O, ölümlə heç zaman razılaşmayıb. Çox ağır xəstə idi. Amma o xəstəliyini də heç zaman bürüzə vermirdi. İlhamə xanım gözəlliyini də itirmirdi”. 

Gülbahar xanım bacısı İ.Quliyevanın tez-tez onunla sözlərinin çəp düşdüyünü də etiraf edib:  

“Bacım İlhamə xanım sağ ikən efirdə mənə komplimentlər edirdi. Hamıdan da çox mənə sözünü deyib. Hamıdan da çox onu istəmişəm. O mənim böyüyüm, bacım idi. Bizdə elə şey yoxdur ki, böyük söz desin, kiçik isə qaçsın efirə şikayət eləsin. Hamıdan çox mənimlə işi olub. Çünki İlhamə xanımla mənim xasiyyətim eynidir. O da söz götürən deyil idi, məndə...” 

Qeyd edək ki,  İlhamə Quliyeva 2016-cı il fevralın 25-i ürək çatışmazlığından vəfat edib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bank kartlarının qorunmasına kim cavabdehdir? – EKSPERT AÇIQLADI

Bank kartlarının qorunmasına kim cavabdehdir? – EKSPERT AÇIQLADI

Sahibə Qafarova İraq rəsmisi ilə görüşdü - FOTO

Sahibə Qafarova İraq rəsmisi ilə görüşdü - FOTO

Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

“Qarabağ”dan altıncı transfer - FOTO

“Qarabağ”dan altıncı transfer - FOTO

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov telefonda DANIŞDI

İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov telefonda DANIŞDI

Böyük qürur hissi yaşadan hadisə oldu - Rəşad Atakişiyevin xanımı

Böyük qürur hissi yaşadan hadisə oldu - Rəşad Atakişiyevin xanımı

Bu da Ronaldonun şərəfinə hazırlanmış yeni butslar - FOTO

Bu da Ronaldonun şərəfinə hazırlanmış yeni butslar - FOTO

Azərbaycan və Niderland rəsmiləri Haaqada bir araya gəldi

Azərbaycan və Niderland rəsmiləri Haaqada bir araya gəldi

Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama

Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama

Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTO

Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşdü - FOTO

Qusarda 26 İyun – Silahlı Qüvvələr Günü qeyd edildi - FOTO

Qusarda 26 İyun – Silahlı Qüvvələr Günü qeyd edildi - FOTO

Nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı - BAKIDA

Nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı - BAKIDA

DSMF BMT-nin nüfuzlu Dövlət Xidmətləri Mükafatına layiq görüldü - FOTO - VİDEO

DSMF BMT-nin nüfuzlu Dövlət Xidmətləri Mükafatına layiq görüldü - FOTO - VİDEO

Dövlət Proqramı üzrə məzun olanların sayı açıqlanıb

Dövlət Proqramı üzrə məzun olanların sayı açıqlanıb

Messi və Ronaldo üz-üzə gələ bilər

Messi və Ronaldo üz-üzə gələ bilər

Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd SEÇİLDİ

Ruben Rubinyan Ermənistan parlamentinin sədri vəzifəsinə namizəd SEÇİLDİ

AYB rəsmisi: “Elza Seyidcahanın yeri səhv düşüb”

AYB rəsmisi: “Elza Seyidcahanın yeri səhv düşüb”

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - FOTO

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - FOTO

Venesuelada son vəziyyət: Şəhərlər işıqsız və susuz qalıb

Venesuelada son vəziyyət: Şəhərlər işıqsız və susuz qalıb

Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO

Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO

Qalibaf: “ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır”

Qalibaf: “ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır”

Diplomatik xidmət imtahanının nəticələri ilə bağlı MƏLUMAT

Diplomatik xidmət imtahanının nəticələri ilə bağlı MƏLUMAT

İyunun 29-da bu ərazidə qaz olmayacaq

İyunun 29-da bu ərazidə qaz olmayacaq

Azərbaycan və Qazaxıstan kağız blanklardan tam imtina edir - FOTO

Azərbaycan və Qazaxıstan kağız blanklardan tam imtina edir - FOTO

End of content

No more pages to load

RADİO