Dünya yeni təhlükə ilə üz-üzə: MARBURG VİRUSU

Ötən il yoluxucu xəstəlik olaraq elan edilən Marburg virusu yenidən dünya üçün təhlükəyə çevrilib.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ümumdünya  Səhiyyə Təşkilatından xüsusitə təsdiq edilmiş peyvənd və spesifik müalicəsi olmayan virusla bağlı xəbərdarlıq yayılıb.

Qeyd edək ki, virus haqqında Dr.Təlimatçı Üzv Bengisu Ay öz açıqlamasında Marburq virusunun mənbəyinin Afrikada yaşayan bir meyvə yarasası olduğunu ifadə edib.

“Marburq virusu insanlar və meymunlara təsir edən nadir, lakin ağır ölümcül hemorragik qızdırma virusudur. Virusun heyvandan insana ötürülməsindən sonra infeksiya insandan insana təmas yolu ilə yayılır.. Yoluxmuş şəxslərin bədən mayelərinin damcıları ilə, qan vasitəsilə və ya digər əşyalarla təmas zamanı yoluxma halları baş verə bilər. Nadir hallarda cinsi yolla ötürülməsi mümkündür. Marburq virusu hava yolu ilə keçmir”.

Virusun 5-10 gün aralığında inkubasiya dövründən keçdiyini bildirən mütəxəssis qeyd edib ki, “Xəstə insanda simptomlar görünənə qədər xəstəlik yoluxucu deyil. 5-10 günlük inkubasiya dövründən sonra ilkin simptomlar kəskin şəkildə başlayır və qızdırma, titrəmə, baş ağrısı və əzələ ağrıları olur.
Semptomların başlamasından təxminən 5-ci gündə bədəndə səpgilər görünə bilər. Bulantı, qusma, sinə ağrısı, boğaz ağrısı və ishal halları mümkündür. Marburq hemorragik qızdırması ölmüş xəstələrin qan və toxuma nümunələrində retrospektiv olaraq diaqnoz təyin edilə bilər. 

Xəstəliyin müalicə yollarından bəhs edən mütəxəssis bildirib ki, “Hazırda Marburq virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə yoxdur.

Xəstəxanada müalicə aparılmalıdır. Uqanda və Mərkəzi Afrikanın digər hissələri də daxil olmaqla ekzotik əraziləri ziyarət edən səyahətçilər üçün infeksiyaya məruz qalma riski yüksəkdir. Xəstəliyin görüldüyü ərazilərə səyahət edəcək olanlar, diri və ya ölü meyvə yarasaları, primatlar və onların maraq dairələri ilə təmasdan qaçmalı, vəhşi heyvan əti yeməməli, xəstə olduğu düşünülən insanlarla yaxın təmasdan qaçmalı, əllərini tez-tez yumalıdır. 

Aysu Allahverdiyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukrayna parlamentində korrupsiya QALMAQALI: Timoşenkonun ofisində axtarış aparıldı

Ukrayna parlamentində korrupsiya QALMAQALI: Timoşenkonun ofisində axtarış aparıldı

"Azəriqaz" Ağdaşda yüzlərlə kəndlini işsiz qoydu – Məhkəmə qərarı icra edilmir

"Azəriqaz" Ağdaşda yüzlərlə kəndlini işsiz qoydu – Məhkəmə qərarı icra edilmir

Evlənmək istəyənlərə mühüm xəbər: 19 min manat… – Yeni təklif

Evlənmək istəyənlərə mühüm xəbər: 19 min manat… – Yeni təklif

Bakıda binanın həyəti çökdü, maşın çuxura düşdü – VİDEO

Bakıda binanın həyəti çökdü, maşın çuxura düşdü – VİDEO

Xameneinin hakimiyyətdə qalmasının yeganə yolu budur - Mast

Xameneinin hakimiyyətdə qalmasının yeganə yolu budur - Mast

Solovyovun dili ilə Kremlin TƏHDİD MESAJI – Rusiya-Ermənistan gərginliyi yenidən ALOVLANDI

Solovyovun dili ilə Kremlin TƏHDİD MESAJI – Rusiya-Ermənistan gərginliyi yenidən ALOVLANDI

Azərbaycan Yazıçılar Birliyinə üzvlük DAYANDIRILDI

Azərbaycan Yazıçılar Birliyinə üzvlük DAYANDIRILDI

Azərbaycanda ötən il orta illik inflyasiya AÇIQLANDI

Azərbaycanda ötən il orta illik inflyasiya AÇIQLANDI

Türkiyəyə müalicəyə aparılan azərbaycanlı gənc dünyasını dəyişdi

Türkiyəyə müalicəyə aparılan azərbaycanlı gənc dünyasını dəyişdi

Aşağı Oratağda bir ailənin qürur dolu qayıdışı: “İlk qonağımız Prezident oldu” – FOTO

Aşağı Oratağda bir ailənin qürur dolu qayıdışı: “İlk qonağımız Prezident oldu” – FOTO

“Ana dili – Azərbaycan məktəbi”: xaricdə yaşayan soydaşlarımız üçün II yarımil üzrə Ana dili dərslərinə başlanılır – VİDEO

“Ana dili – Azərbaycan məktəbi”: xaricdə yaşayan soydaşlarımız üçün II yarımil üzrə Ana dili dərslərinə başlanılır – VİDEO

Trampdan İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Trampdan İrana növbəti XƏBƏRDARLIQ – VİDEO

Gümüşün qiyməti tarixdə ilk dəfə 90 dolları ÖTDÜ

Gümüşün qiyməti tarixdə ilk dəfə 90 dolları ÖTDÜ

“Mançester Siti” ilk oyunda qalib gəldi - VİDEO

“Mançester Siti” ilk oyunda qalib gəldi - VİDEO

Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

Qanun qarşısında BİGANƏLİK – Sahibkarın qazını kəsən “Azəriqaz” məhkəmə qərarını SAYMIR?

Qanun qarşısında BİGANƏLİK – Sahibkarın qazını kəsən “Azəriqaz” məhkəmə qərarını SAYMIR?

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

İmişlidə heyvan bazarı açıldı – FOTO

İmişlidə heyvan bazarı açıldı – FOTO

Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var

Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var

Bu məcburi köçkünlərin “yardım pulu” dayandırılır

Bu məcburi köçkünlərin “yardım pulu” dayandırılır

“Araz Naxçıvan” “Qəbələ” ilə ÜZ-ÜZƏ

“Araz Naxçıvan” “Qəbələ” ilə ÜZ-ÜZƏ

Azərbaycanda ÖTƏN İL 32 min nəfəri it dişləyib

Azərbaycanda ÖTƏN İL 32 min nəfəri it dişləyib

Kəlbəcərdən gözəl mənzərə – VİDEO

Kəlbəcərdən gözəl mənzərə – VİDEO

Vüsalə Əlizadənin anası xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

Vüsalə Əlizadənin anası xəstəxanaya YERLƏŞDİRİLDİ - FOTO

End of content

No more pages to load

RADİO