Prezident Şuşada yeni məktəb binasında – FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olub. 

Bizim.Media xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Şuşada səfərdədir


Bildirilib ki, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin 960 şagird yerlik üçmərtəbəli binasında tədrisin təşkili üçün hər cür şərait yaradılıb.

Məktəbdə hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, 1 STEAM mərkəzi, kitabxana və oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, tibb otağı, müayinə otağı, yeməkxana, həmçinin akt və idman zalları, inzibati heyət üçün iş otaqları var.

Məktəb üçün ayrılan bir hektar ərazidə futbol meydançası, transformator, fərdi qazanxana, su hovuzu və digər zəruri yardımçı binaların inşası da yekunlaşıb. 

Qeyd edək ki, ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb.

Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər.

Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verib.

Şuşada 1 saylı tam orta məktəb binasının inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəb binasının inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır. 














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO