Müsavata da qeydiyyatla bağlı mənfi cavab VERİLDİ – Digər partiyalarda durum NECƏDİR?

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyi partiyaların qeydiyyat məsələsinə baxmağa başlayıb. İlk olaraq yoxlanışdan keçən partiya Respublikaçı Alternativ Partiyası (ReAL) olub. Sənədlərin yoxlanışından sonra partiyanın təqdim etdiyi siyahıda çoxsaylı qüsurlar aşkarlanıb. ReAL-ın təqdim etdiyi 5118 nəfərdən ibarət siyahının hardasa 2500 nəfərin şəxsi məlumatları bazada tapılmayıb. Siyahıda adları qeyd edilənlərin 16 nəfəri dünyasını dəyişənlər olub. 986 nəfər isə ReAL-a üzv olmadığını bildirib. 

Görəsən, digər partiyalar da ReAL-da olduğu kimi bənzər problemlə qarşılaşıblar? 

Bizim.Media-ya açıqlamasında Ümid Partiyası mərkəzi aparatın rəhbəri Taleh Əliyev bildirir ki, bu günə qədər Ədliyyə Nazirliyi tərəfindən partiya üzvlərinə hər hansı bir zəng olmayıb: 

“20-dən çox siyasi partiya qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə sənəd təqdim edib. Sənədləri ilk təqdim edən partiyalardan biri də Ümid Partiyasıdır. Amma bu günə qədər partiya üzvlərimizə Ümid-ə üzv olub-olmamaqla bağlı Ədliyyə Nazirliyi tərəfindən hər hansı bir zəng olmayıb. Digər tərəfdən, qeydiyyatla bağlı hər hansı bir üzvümüzə qarşı problem də yaradılmayıb. 

Bunun iki səbəbi ola bilər. Yəqin ki, Ədliyyə Nazirliyində siyasi partiyaların sənədlərilə tanışlıq hansısa ardıcıllıq prinsipilə aparılır və ona görə də hələlik bizim partiya üzvlərimizi yoxlamağa gəlib çatmayıblar. İkinci bir tərəfdən, ola bilsin təqdim etdiyimiz sənədlərin mötəbərliyi qarşı tərəfi məmnun etdiyindən belə bir zənglərə ehtiyac duymayıblar”.  

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab alıblar: 

“Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb və s. 

Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilib. 

Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifadə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəyik. Bu da yetərli olmasa daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”.

Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Samir Əsədli qeyd edir ki, bəzi partiya üzvlərinin adları digər siyasi təşkilatların siyahısında da çxıb:

“Hələ bizə rəsmi cavab verilməyib. Amma üzvlərimizlə əlaqə saxlayıblar. Elə adamlar olub ki, adı partiyamızda qeyd edilməklə yanaşı, başqa siyasi təşkilatların siyahısında da qeyd edilib. Bu ərəfədə partiya üzvlərimizdən dünyasını dəyişənlər də olub. Məsələn, siyahı veriləndən sonra bir nəfər üzvümüzün dünyasını dəyişdiyini bilirəm. Bir çox partiyalardan fərqli olaraq biz üzv olmaq üçün ərizəsi olanların siyahısını vermişik”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Kabab sevənlərin nəzərinə

Kabab sevənlərin nəzərinə

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Mikkelslə bağlı qərar VERİLDİ

Mikkelslə bağlı qərar VERİLDİ

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycanlı aktrisaya ağır itki – FOTO

Azərbaycanlı aktrisaya ağır itki – FOTO

Hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Ekzemadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Həkimsiz, dərmansız sadə üsulla sağala bilərsiniz

Ekzemadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Həkimsiz, dərmansız sadə üsulla sağala bilərsiniz

Prezident Azərbaycan xalçaçılarını təltif etdi – SİYAHI

Prezident Azərbaycan xalçaçılarını təltif etdi – SİYAHI

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Qaraheybətdə bədbəxt hadisə: Ölən var

Qaraheybətdə bədbəxt hadisə: Ölən var

İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA

İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA

Avropadakı anti-Azərbaycan kampaniyasının ANATOMİYASI – Lobbi, maliyyə və qərəzli qətnamə MEXANİZMLƏRİ

Avropadakı anti-Azərbaycan kampaniyasının ANATOMİYASI – Lobbi, maliyyə və qərəzli qətnamə MEXANİZMLƏRİ

24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm”

24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm”

End of content

No more pages to load

RADİO