Qərbi Azərbaycan İcmasından Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ 

Qərbi Azərbaycan İcması Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir: 

"Biz Qərbi Azərbaycan İcması olaraq Ermənistan hökumətinin, bu ölkədən qovduğu azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşanmaz hala gətirməyə yönəlmiş məqsədyönlü və mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağa və Ermənistana maksimum təzyiq göstərməyə çağırırıq. 

Ermənistan Azərbaycan ərazilərinin işğalı zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin demək olar ki, hamısını dağıdıb, onların geri qayıtmaması üçün həmin ərazilərdə bir milyondan çox mina basdırıb. 

Ermənistan hökumətinin siyasətində azərbaycanlılara qarşı dərin kök salmış etnik nifrət hətta Ermənistanın azərbaycanlıların qayıtması nəzərdə tutulan ərazilərini qəsdən ekoloji fəlakətlər törədərək viran etmək kimi ifrat yollara əl atmağa hazır olmasından aydın görünür. 

Məsələn, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatı və Qafandakı mədən kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədən tullantıları buraxır. Bu çirklənmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək, bölgədəki icmaların sağlamlığını və rifahını təhlükə altına qoyur. 

Bundan başqa, Əkərək (Agarak) Mis-Molibden Kombinatı Kərçivançay vasitəsilə Araz çayını tərkibində ağır metallar olan mədən tullantıları ilə çirkləndirir. Göyçə (Geğarkunik) Mis Əritmə Zavodu çoxlu miqdarda kükürd qazı və digər çirkləndiricilər buraxaraq havanın çirklənməsinə və turşu yağışlarına səbəb olur.
Mədənin yaxınlığında yerləşən Zod çayı mis, dəmir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirklənmişdir. Bu misallar Ermənistanın dağıdıcı mədənçilik təcrübələrinin məhz azərbaycanlıların vaxtilə sıx məskunlaşmış olduqları ərazilərdə cəmləşdirilməsinin bariz sübutudur. 

Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur münasibəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almaq və etnik təmizləmə siyasətini davam etdirmək üçün hüquqi və mənəvi baxımından nə dərəcə aşağı səviyyəyə düşməyə hazır olduğunu üzə çıxarır. 

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxah əməllərinə qarşı qətiyyətli addımlar atmağa çağırırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu ərazilərdə qəsdən cəmləşdirildiyini vurğulamaq zəruridir.

Bu, Ermənistanın etnik təmizləmə siyasətini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyət Ermənistanın hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir. 

Ekoloji tarazlığın bərpası və insan hüquqlarının müdafiəsi çox təcili şəkildə təmin olunmalıdır. Beynəlxalq ictimaiyyət məsul maraqlı tərəflərlə birlikdə azərbaycanlı qaçqınların çirklənmə və dağıntıların doğurduğu təhdidlərdən azad şəkildə öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək üçün birlikdə çalışmalıdır.
Bu kobud pozuntuları aradan qaldırmaqla biz Ermənistanın zərərli praktikasının təsirinə məruz qalmış bütün insanların hüquqlarının və rifahının təmin olunduğu davamlı və inklüziv gələcəyə təkan verə bilərik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO