Ceyhun Bayramovdan rusiyalı səfirə: “Ermənistan təxribatlarından əl çəkmir” - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Yevdokimovu qəbul edib.

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən bildirilib.

Görüşdə səfir Mixail Yevdokimov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Yevdokimov Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüş zamanı, Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.
Daha sonra, 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, iki ölkənin öz münasibətlərini, müstəqillik, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqlik əsasında qurduqları diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd olunan çərçivəyə uyğun olmadığı bildirilib.

Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb.

Uzun müddət ərzində Rusiyanın da tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınması faktları xatırlanıb. Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsi yaratmasının suveren hüququ olduğu, qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıdığı bildirilib.

Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub. Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.

Rusiya Federasiyası XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsinə gəldikdə, bu məsələnin Azərbaycanın milli qanunvericilik çərçivəsində həll olunacağı və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsünün mövcudluğu qeyd edilib.
Tərəflər daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İyunda 10 gün İŞ OLMAYACAQ

İyunda 10 gün İŞ OLMAYACAQ

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Bakıda fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı

Kabab sevənlərin nəzərinə

Kabab sevənlərin nəzərinə

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Azərbaycanda bəzi cərimələr ləğv olunacaq

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Dubayda raket təhlükəsi XƏBƏRDARLIĞI - FOTO

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

Hörmüzdə KRİTİK SAATLAR – Bu gün savaş yenidən başlaya bilər

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

İnsan yeyən timsah helikopterlə belə tutuldu – ANBAAN VİDEO

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Burak Özçivit bu serialda rol alacaq - Fotolar

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Bu şəxslərə qapı AÇMAYIN - Qohum olsa belə

Mikkelslə bağlı qərar VERİLDİ

Mikkelslə bağlı qərar VERİLDİ

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Qayınana gəlinini güllələyəndən sonra pəncərəyə çıxıb siqaret çəkdi – FOTO

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Bakıda xüsusi hərəkət zolaqları yaradılır – BU KÜÇƏLƏRDƏ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycanla BMT arasında WUF13-lə bağlı saziş TƏSDİQLƏNDİ

Azərbaycanlı aktrisaya ağır itki – FOTO

Azərbaycanlı aktrisaya ağır itki – FOTO

Hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Dolu düşəcək, qar yağacaq – XƏBƏRDARLIQ

Ekzemadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Həkimsiz, dərmansız sadə üsulla sağala bilərsiniz

Ekzemadan əziyyət çəkənlərin NƏZƏRİNƏ – Həkimsiz, dərmansız sadə üsulla sağala bilərsiniz

Prezident Azərbaycan xalçaçılarını təltif etdi – SİYAHI

Prezident Azərbaycan xalçaçılarını təltif etdi – SİYAHI

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

“Space”in yeni baş direktoru Ayaz Mustafayev kimdir? – DOSYE

Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Qaraheybətdə bədbəxt hadisə: Ölən var

Qaraheybətdə bədbəxt hadisə: Ölən var

İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA

İran tərəfindən hərbi gəminin vurulması iddialarına ABŞ-dan REAKSİYA

Avropadakı anti-Azərbaycan kampaniyasının ANATOMİYASI – Lobbi, maliyyə və qərəzli qətnamə MEXANİZMLƏRİ

Avropadakı anti-Azərbaycan kampaniyasının ANATOMİYASI – Lobbi, maliyyə və qərəzli qətnamə MEXANİZMLƏRİ

24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm”

24 kilo arıqlayan Dilarə: “Küftə, piti, bozbaş yeyirəm”

End of content

No more pages to load

RADİO