Separatçılar arasında DURUM GƏRGİNLƏŞİR – Balasanyanın həbsini kim SİFARİŞ VERİB?

Xankəndidəki separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan “hakimiyyət nümayəndəsini” zorakılıqla hədələdiyi üçün saxlanılıb.

Bu barədə məlumatı onun vəkili Rafael Martirosyan deyib.

“Balasanyan “xidmət orqanının nümayəndəsinə” və ya onun yaxın qohumuna “xidməti vəzifələrinin icrası” zamanı zor tətbiq etmə hədəsi ilə ittiham olunur. Saxlanıldıqdan sonra ona bədən xəsarətləri yetirilib. Balasanyanla birlikdə onun oğlu, əmisi oğlu və qardaşı oğlu da saxlanılıb”, - o bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Vitali Balasanyanın həbs səbəbi məlum OLDU


Qeyd edək ki, həbsdən əvvəl qondarma rejimin “milli təhlükəsizlik xidmətinin” əməkdaşları Balasanyanın mənzilində axtarış aparıblar. Onun oğlu isə 2021-ci ildə arıxanalar almaq üçün 74,5 milyon dram (187 min dollar) “dövlət krediti” almaqda, lakin şərtləri yerinə yetirməyərək “dövlətə” ziyan vurmaqda ittiham olunur. 

Balasanyanın həbsi istər-istəməz separatçı rejim daxilində çəkişmələri daha da gücləndirəcək. Aydın məsələdir ki, Balasanyanın tərəfdarları mövcud şəraitdə sakit dayanmayacaqlar. 

Bizim.Media-ya açıqlamasında politoloq Tural Rzayev qeyd edir ki, Balasanyanın həbsi separatçı rejim daxilindəki klanlararası mübarizənin daha da kəskinləşməsilə nəticələnəcək:

“Qarabağ separatçıları daxilində 5-6 klan var ki, onlar güc əldə etmək uğrunda çəkişirlər. Qarabağ daxilində formalaşmış “Qarabağ klanı” 30 il ərzində həm Azərbaycanın işğal edilmiş ərazisində, həm də Ermənistanda böyük rüsurslara yiyələndilər. Hansı ki, həmin şəxslərin də çoxu vaxtilə cinayətkar dəstələrdə təmsil olunublar. 

“Qarabağ klanı” Ermənistanda hakimiyyəti itirdikdən sonra isə bu qrupların öz daxilində müəyyən parçalanma və fikir ayrılıqları yarandı. Onlar separatçı rejimdə siyasi nəzarət, həm də iqtisadi resursları bölüşdürmək uğrunda bir-birilə ciddi rəqabətə başlayıblar. 

44 günlük müharibə dövründə belə iddialar vardı ki, Araik Arutyunyanın bütün ordunu Ağdərə istiqamətində saxlamasının əsas məqsədi onun böyük təsərrüfatları, əkin sahələri həmin istiqamətdə olması ilə bağlı olub. Yəni Araik bu zaman əsasən öz şəxsi mülkünü qorumaq üçün çalışıb. 44 günlük müharibə nəticəsində isə həmin klan nümayəndələrinin buradakı resursları da azaldı. Resursların azalması fonunda isə onun uğrunda mübarizə də kəskinləşir”. 

Həmsöhbətimiz bildirir ki, Azərbaycan Laçın dəhlizinə nəzarəti bərpa etdikdən sonra iqtisadi imkanlar daraldığından azalan iqtisadi imkanlar uğrunda separatçılar daxilindəki 5-6 klanın mübarizəsinin daha da şiddətlənəcəyi gözlənilən idi: 

“Ona görə, Balasanyanın ardınca qarşıdakı dövrdə separatçı rejim daxilində belə həbslərin daha çox şahidi olacağıq.  

Paşinyan da “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməməsi üçün onlara qarşı mübarizə aparır. Qruplaşmalar daxilində bölgədə Rusiya təsirinin zəiflədiyini və “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlmək şansının az olduğunu hiss edən qüvvələr Paşinyanla yaxınlaşmaq yolunu tutub. Onlardan biri də separatçı rejimin “baş prokuroru” idi. 

Bir sözlə, burada iqtisadi, siyasi imkanları daralan klan daxili mübarizənin simptomları görünür. Ona görə də daxildə bir-birilə mübarizəni kəskinləşdiriblər. Digər tərəfdən, ola bilsin klan daxilindəki bəzi qüvvələr Paşinyan və Qərblə ittifaq bağlayaraq, yenə də daxildə təmizləmə əməliyyatları aparmağa çalışacaqlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO