Türkiyədə dövlət çevrilişinə cəhddən 7 il ÖTÜR - “FETÖ insanlığın da düşmənidir”

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “15 iyul Demokratiya və Milli Birlik Günü” tədbirləri çərçivəsində İsveçin paytaxtı Stokholm və Almaniyanın paytaxtı Berlində keçirilən “15 İyul Türkiyənin Demokratiya Zəfəri” mövzusundakı panelin iştirakçılarına video mesajla müraciət edib.

Bizim.Media xəbər verir ki, F.Altun Türkiyə Silahlı Qüvvələrinə (TSK) sızmış Fətullahçı Terror Təşkilatına (FETÖ) mənsub bir qrupun xain çevriliş cəhdinin əziz türk milləti tərəfindən qarşısının alınmasının 7-ci il dönümü olduğunu xatırladıb. 

Düz yeddi il əvvəl 2016-cı il iyulun 15-nə keçən gecə millətin evi olan Cumhurbaşqanlığı Külliyəsinin, millətin iradəsini təmsil edən TBMM-nin, körpülərin, təhlükəsizlik və kəşfiyyat orqanlarının güllə və bombalarla dağıdıldığına diqqət çəkən Altun sözlərini belə davam etdirib:

“İyulun 15-nə keçən gecə məruz qaldığı xəyanət qarşısında bu xalq misli görünməmiş səfərbərliyə başladı. Prezidentimizin çağırışı ilə ölkənin hər yerindən insanlar küçələrə, meydanlara axışaraq bu hücuma qarşı sinələrini qarşı sipər etdilər. Millətimiz prezidentimizin rəhbərliyi altında 15 iyul qəyyumlarını, çevrilişi cəhdi edənləri, işğalçıları böyük məğlubiyyətə uğratdı”.

Tarixi müqavimət gecəsində 252 vətəndaşın xəyanətkar dəstə üzvlərinə qarşı müqavimət göstərərək şəhid olduğunu ifadə edən Altun şəhidlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı diləyib, gazilərə minnətdarlığını bildirib. 
İyulun 15-nə keçən gecə Türkiyənin millət-dövlət inteqrasiyası ilə çevriliş cəhdinə müqavimət göstərdiyi bir vaxtda bəzi mərkəzlərin susqunluğu və qeyri-müəyyən bəyanatları ilə də qarşılaşdıqlarını vurğulayan Türkiyə rəsmisi “Türk milləti canı, vətəni və müstəqilliyi ilə sınandığı sınaqdan uğurla çıxarkən, özünü Türkiyənin dostu və müttəfiqi olaraq göstərən, demokratiya, insan haqları, azadlıqlar və bir çox bənzər anlayışın sahibi kimi görən bir çox mərkəz təəssüf ki, o gecə qarşılaşdıqları sınaqdan çıxa bilmədi.

Çevriliş cəhdinin uğursuz olacağı anlaşılana qədər səssiz qalanlardan günlərlə susqunluğunu qoruyanlara, milləti qətlə yetirən terror təşkilatını bərabərhüquqlu tərəf kimi qəbul edib guya tərəfləri təmkinli olmağa çağıranlara qədər bir çox mərkəz millətimiz canı bahasına mübarizə apararkən bu xain cəhdi qınamağı belə bacarmadı. 

Türk milləti və dövləti hər şeyə rəğmən çevriliş cəhdinin qarşısını almağı bacarmış, bu xain kütləni bütün dövlət qurumları və təşkilatlarından təmizləmək üçün böyük mübarizə aparmışdır. Türk Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələri başda olmaqla bütün qurum və təşkilatlar əli qanlı FETÖ-dən təmizlənmişdir. Dövlətimiz FETÖ-yə qarşı mübarizəsini bütün gücü ilə davam etdirir. FETÖ-dən təmizlənmə prosesinin müsbət təsirləri hüquq-mühafizə orqanlarından kəşfiyyata, bürokratiyadan terrorla mübarizəyə qədər hər sahədə siyasi iradənin, yəni millətin iradəsinin direktivlərinə qəti şəkildə uyğun gələn və nətisə əldə edən bir dövlət mexanizmi olaraq ortaya çıxıb”, - deyib.

Altun FETÖ ilə mübarizədə digər mühüm məqamın 15 iyul dastanının əbədiləşdirilməsi olduğunu bildirib:

“Dövlətimiz prezidentimizin liderliyi ilə daxildə və xaricdə terrora qarşı qətiyyətli mübarizəsini davam etdirərkən, biz də Kommunikasiya İdarəsi olaraq Türk millətinin yazdığı 15 iyul dastanı, FETÖ və onun cinayətləri haqqında ölkə daxilində və xaricində məlumat veririk".

F.Altun FETÖ-nün təkcə Türkiyənin deyil, onun yayılmasına imkan verən hər bir dövlətin, bəşəriyyətin düşməni olduğunu qeyd edib. 

“FETÖ qlobal bir terror təşkilatıdır və bütün digər terror təşkilatları kimi bu təşkilata qarşı da beynəlxalq əməkdaşlıq və həmrəyliyə əsaslanan mübarizə aparılmalıdır. Türkiyə qətiyyətlə davam edən mübarizədə bu gün hər zamankindən daha güclüdür. 14 may və 28 may tarixlərində sabitliyin və terrorla mübarizənin tərəfdarı olduğunu göstərən millətimiz 7 fevralda, 17-25 dekabrda, 15 iyulda edə bilmədiklərini başqa yollarla həyata keçirmə vədlərini, FETÖ-nün yarımçıq qoyduğunu tamamlamaq planlarını rədd etdi və məhv etdi.

Prezidentimizin “Türkiyə Əsri” baxışına sahib çıxan millətimiz eyni zamanda sistem müzakirələrinin əsassız olduğunu son dəfə təsdiqləyərək terrorun himayədarlarına da çox açıq mesaj verdi.
FETÖ terror təşkilatına, təşkilatla birlikdə addımlayanlara, silah gücü də daxil olmaqla bir çox qeyri-qanuni və əxlaqsız üsullara əl atan, lakin əldə edə bilmədiklərini başqa yollarla tamamlamaq istəyənlərə imkan vermədik və verməyəcəyik. “Türkiyə Əsri”ndə ölkəmiz son 20 ildə əldə etdiyi nailiyyətlərin üzərinə yenilərini əlavə edəcək, regional və qlobal çərçivədə demokratiya və sülhün müdafiəçisi və qoruyucusu olmağa davam edəcək”, - Altun vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Ermənistanın bir sıra vilayətləri işıqsız qaldı

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Seutadakı miqrant böhranının arxasındakı SİRR AÇILDI

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

Türkiyədə tanınmış teleaparıcı HƏBS EDİLDİ

End of content

No more pages to load

RADİO