96 gündür əsir saxlanılan hərbçilərimiz iyulun sonunda Azərbaycana QAYTARILACAQ? – AÇIQLAMA 

Azərbaycan Ordusunun əsir düşən əsgərləri Hüseyn Axundov və Aqşin Bəbirov artıq 96 gündür ki, Ermənistan ərazisində saxlanılır. Əsir hərbçilərimizin Azərbaycana qaytarılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir. 

Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda əsir saxlanılan əsgərlərimizə ən son aprelin 19-da baş çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan hərbi qulluqçularımızı dərhal azad etməlidir - Ombudsman


Əsir hərbçilərimizin ailələri bu ayın sonuna kimi Ermənistanda girov saxlanılan övladlarının geri qaytarılacağına ümid edir. 

Əsir hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirovanın sözlərinə görə bu yaxınlarda sosial şəbəkələrdən birində təhlükəsizlik eksperti İlham İsmayılın dilindən əsir saxlanılan Aqşinlə Hüseynin ölkəmizdəki erməni əsirlərlə mübadilə ediləcəyini eşidib:
“İlham İsmayıl qeyd etdi ki, iyulun sonu və avqustun əvvəlində, yəni ayın 21-i Brüsseldəki görüşdən sonra uşaqlarımız erməni əsirlərlə dəyişdiriləcək. İnanın bilmirəm nə qədər həqiqətdir, ya yalandır. Ümidlə gözləyirik. Son məlumatımız budur. Başqa yerdən heç bir məlumat ala bilmirik. 

Oğlumla sonuncu dəfə iyunun 12-də, əsir düşməsinin 68-ci günündə görüntülü danışdıq. Beynəlxalq Qızıl Xaç Komitəsinə o vaxta qədər durmadan müraciət edirdik. Ağlıyıb, sızlayırdım ki, ən azı onun sağ olduğunu gözlərimlə görüm. Nəhayət Komitə şərait yaratdı və şükür ki, oğlumu sağ görə bildim. Amma həmin vaxt Şəlalə xanım Hüseynlə danışa bilmədi. Saniyələrimizi və günlərimizi iplə çəkirik. Uşaqlarımızın bizə qaytarılmasını səbirsizliklə gözləyirik”.

Digər əsir Hüseyn Axundovun anası Şəlalə Axundova isə oğlu ilə görüntülü danışa bilmədiyini, ancaq ondan məktub aldığını bildirib: 

“Oğlumdan hər hansı xəbər ala bilmirəm. Qırmızı Xaç Komitəsindən isə əsirlərlə görüşmədikləri bildirilir. İyunun 12-də Komitədən mənə zəng elədilər ki, oğlunuzla görüntülü əlaqə yaradılacaq. Mən də gözlədim. Axşam yığıb icazə verilmədi dedilər. Uşaq da orada gözləyirmiş kimi mənlə danışacaq. Ayın 13-ü mənə məktubunu gətirdilər. Vəziyyəti haqda heç nə yazmamışdı. Qeyd etmişdi ki, 70 gündür Allaha dua edir ki, Vətəninə və evinə qayıtsın. 

Yazmışdı ki, “ana haqqını halal elə, səni gözüyaşlı qoyduğum və  sənə əziyyət verdiyim üçün...Qardaşına müraciət etmişdi ki, “anamızı və bacımızı sənə əmanət edirəm”. Bir də yazmışdı ki, bacımın balalarını – Nailə ilə Muradı çoxlu-çoxlu öpərsiz. Bu dəfə məəktub öz xətti idi. Həm də uşaqların adlarını yazmışdı. Fikirləşdim ki, körpələri orada nə tanıyırlar? 96 gündə bir dəfə də olsun yuxuma girməmişdi. Bu gecə bacısının da, mənim də yuxuma gəlib. Çox narahatıq. Hər gün nə xəbər eşidəcəyik deyə ürəyimiz əsir”.

Xatırladaq ki, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.
Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il,  Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Zaqatalada poçtu sel apardı - VİDEO

Zaqatalada poçtu sel apardı - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Bakıda mənzillər yenidən bahalaşdı: Ən çox qiymət artan rayonlar açıqlandı

Bakıda mənzillər yenidən bahalaşdı: Ən çox qiymət artan rayonlar açıqlandı

Dünyanın ən xoşbəxt insanları kimlərdir və niyə xoşbəxtdirlər? - ARAŞDIRMA

Dünyanın ən xoşbəxt insanları kimlərdir və niyə xoşbəxtdirlər? - ARAŞDIRMA

Rusiya dizel yanacağının ixracına QADAĞA QOYDU

Rusiya dizel yanacağının ixracına QADAĞA QOYDU

End of content

No more pages to load

RADİO