“Medvedev Nemət Pənahlı kimidir, onun da dediklərinə qulaq asan yoxdur” – Zərdüşt Əlizadə 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev növbəti dəfə dünyanı nüvə müharibəsilə təhdid edib. Belə ki o, “Rossiyskaya qazeta” üçün yazdığı məqalədə nüvə apokalipsisini mümkün ehtimal adlandırıb.

Medvedev hesab edir ki, “kollektiv Qərblə dünyanın qalan hissəsi” arasında qarşıdurma bəşəriyyətin gələcək inkişafı ilə bağlı baxışların kəskin ziddiyyətindən qaynaqlanır. 
 

MÖVZU İLƏ BAĞLI:

Efirdəki videosu ilə gündəm olan Nemət Pənahlıdan ÖZƏL – “Hər kəs özünə yaraşanı edir”


“Yeni münaqişə artıq əvvəlki soyuq müharibə dövründəkindən daha böyük gərginliyə və son dərəcə mənfi nəticələrə səbəb olub. Əslində, o, dünyanı üçüncü dünya müharibəsinin astanasına çatdırıb, - deyə o bildirib. 

Siyasətçinin fikrincə, dünyanın müxtəlif yerlərində gələcəyin dərk edilməsinə dair haçalanma daha da kəskinləşəcək, qarşıdurma onilliklərlə davam edəcək: 

“Bunun həlli yollarından biri üçüncü dünya müharibəsidir. Ancaq bu, açıq-aydın pisdir, çünki əvvəlki dünya müharibələrindən sonra olduğu kimi, qaliblərə gələcək firavanlıq vəd edilmir. Çox güman ki, bu müharibədə sadəcə qalib olmayacaq”.

Medvedevin zənnincə, nüvə apokalipsisi "nəinki mümkündür, hətta bunun üçün kifayət qədər ehtimal var".

O vurğulayıb ki, uzun müddət ərzində kompromislər axtarmaq və bütün ölkələrin maraqlarının tarazlığına əsaslanan yeni dünya nizamı formalaşdırmaq daha yaxşıdır, nəinki "qiyamət günü birləşmək".

Medvedev açıq şəkildə nüvə silahı ilə zərbə endiriləcək ərazilərin adını da açıqlayıb:

“Əgər Smolensk (Desnoqorsk) AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna, Rivne və Xmelnitski AES-lərə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərin eyni vaxtda zərbə endirmək ssenarisini nəzərdən keçirmək lazımdır”.

Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə qeyd edir ki, Medvedev bu kimi fikirlərlə sadəcə, təbliğat aparır, qarşı tərəfə “xox” gəlmək istəiyr: 

“Apokalipsis dünyanın axırını təsvir edən bir hadisədir. Medvedyevə gəldikdə, həm Rusiyanın daxili səhnəsində, həm də xaricdə o, tamamilə məzmunsuz, qeyri-ciddi bir insan kimi tanınır. Onun dediyi sözlərə heç kim fikir vermir, çünki səsləndirdiyi sözlər sıfırdır. Bu ölkəmizdə məsələn, Nemət Pənahlının nəsə deməsinə bənzəyir. Ölkəmizdə də Nemət Pənahlıya qulaq asan yoxdur. Medvedev də həmin roldadır. 

Onun sözlərinə fikir vermək lazım deyil. O, sadəcə təbliğat kampaniyası aparır, bununla “xox” gəlmək istəyir. Amma heç kim onu ciddi qəbul etmir. Boş söhbətlərdir. Putin də neçə vaxtdır nüvə silahı ilə şantaj edir. Amma Qərbin də öz mövqeyi var”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tovuzda avtomobil qadını vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Tovuzda avtomobil qadını vurdu – VƏZİYYƏTİ AĞIRDIR

Yarpaqdan tualet kağızı istehsal ediləcək

Yarpaqdan tualet kağızı istehsal ediləcək

Mələkxanım Eyubovanın evi – VİDEO

Mələkxanım Eyubovanın evi – VİDEO

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu rəng avtomobillər daha az yanacaq işlədir – MARAQLI ARAŞDIRMA

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Bu BÜRCLƏR üçün köhnə dəftərlər yenidən açılır

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Süni intellekt hakimlərin işini dəyişəcək - Deputat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Boşananda evin təmir pulu necə bölünür? - Vəkil açıqladı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Yaşamaq üçün ən ideal ölkə açıqlandı

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Sabah bu rayon və kəndlərdə işıq olmayacaq

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Nazir müavinindən Qızlar Universiteti ilə bağlı AÇIQLAMA

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Asya Əlizadə Türkiyədən deport olunmasından danışdı

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Donanması Günüdür

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

NATO həm bizi, həm də Ukraynanı aldadıb - Kaladze

İordaniya FIFA-nı şantajda ittiham etdi

İordaniya FIFA-nı şantajda ittiham etdi

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zaqatalada dava: Daşla həmkəndlisinin başından vurdu

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Zelenskidən sülh açıqlaması: "Avqustda proses aktivləşəcək"

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Azərbaycanlılar hansı axtarış sistemindən istifadə edir?

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Təranə Səmədovanın uşaq evində olan qızı – VİDEO

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bu ölkə meyitlərin yandırılmasını qadağan etdi

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Bakıda sərnişin avtobus sürücüsünü döydü – VİDEO

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Dambrauskas: “Rəqibin zəif cəhətlərini bilirik”

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

Qırmızı dənizdə Hindistanın yük gəmisi BATIRILDI

End of content

No more pages to load

RADİO