1997-2002-ci illərdə Serbiyada prezident vəzifəsində çalışan Milan Milutinoviç 81 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bildirib.
"Serbiya Respublikasının sabiq Prezidenti Milan Milutinoviçə son salamlar”, - deyə o, İnstagram səhifəsində yazıb.
Bizim.Media