Azərbaycanın 2-ci ən böyük tankeri istismara verildi - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan növbəti “Aframax” tipli tanker Sinqapurda istismara verilib.

Bizim.Media ASCO-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə “Qarabağ” adlandırılan gəmidə Dövlət Himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırılıb.

Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzəcək digər “Aframax” tipli tankerlər kimi, “Qarabağın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 min tondur.

Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 % törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək.

Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç “Aframax” tipli tanker alınıb. Bunlardan birincisi - “Şuşa” gəmisi 15 iyun - Qurtuluş Günündə istismara verilib. Üçüncü gəminin - “Zəngəzur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir.

"Prezident İlham Əliyevin birbaşa dəstəyilə alınan bu nəhəng tankerlər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edəcək, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək. Gəmilər SOCAR-ın, eləcə də digər sifarişçilərin xam neft yükünün daşınmasını yerinə yetirəcək", - məlumatda deyilir.
Qeyd olunur ki, bir müddət əvvəl yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait sözügedən “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Küçədə pul kisəsi tapdı – HƏBS EDİLDİ

Küçədə pul kisəsi tapdı – HƏBS EDİLDİ

Yusufla birgə hamamda zəhərlənən 14 yaşlı qızın FOTOSU

Yusufla birgə hamamda zəhərlənən 14 yaşlı qızın FOTOSU

“Kartof xəstəliyi” TƏHLÜKƏSİ - Zavod çörəkləri ilə bağlı HƏYƏCAN TƏBİLİ

“Kartof xəstəliyi” TƏHLÜKƏSİ - Zavod çörəkləri ilə bağlı HƏYƏCAN TƏBİLİ

"Ürəyim qan ağlayır" - 14 yaşlı qızın ANASI DANIŞDI

"Ürəyim qan ağlayır" - 14 yaşlı qızın ANASI DANIŞDI

Pezeşkian ABŞ-ın dəniz blokadası haqda: “Uğursuzluğa məhkumdur”

Pezeşkian ABŞ-ın dəniz blokadası haqda: “Uğursuzluğa məhkumdur”

Masazır sakinlərinə ŞAD XƏBƏR – FOTO

Masazır sakinlərinə ŞAD XƏBƏR – FOTO

Bir gündə eyni dəmir yolu keçidində iki “Prius” qatarla toqquşdu – VİDEO

Bir gündə eyni dəmir yolu keçidində iki “Prius” qatarla toqquşdu – VİDEO

Ən çox məhsul satdığımız ölkələr – SİYAHI

Ən çox məhsul satdığımız ölkələr – SİYAHI

Bu körpü Ginnesin Rekordlar Kitabına düşdü

Bu körpü Ginnesin Rekordlar Kitabına düşdü

Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edildi – FOTO

Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edildi – FOTO

Sürücülərin DİQQƏTİNƏ: Mayın 1-də saat 10:00–16:00 aralığında...

Sürücülərin DİQQƏTİNƏ: Mayın 1-də saat 10:00–16:00 aralığında...

Xəstəxanalardakı ÖLÜMCÜL TƏHLÜKƏ - Tibbi tullantılar hara atılır? – ARAŞDIRMA

Xəstəxanalardakı ÖLÜMCÜL TƏHLÜKƏ - Tibbi tullantılar hara atılır? – ARAŞDIRMA

Sabah qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Xankəndi stadionunun son halı - VİDEO

Xankəndi stadionunun son halı - VİDEO

Növbəti köç karvanı Xocavəndə çatdı – VİDEO

Növbəti köç karvanı Xocavəndə çatdı – VİDEO

Ata relslərin üzərinə düşən övladını belə xilas etdi – ANBAAN VİDEO

Ata relslərin üzərinə düşən övladını belə xilas etdi – ANBAAN VİDEO

“Volkswagen” ciddi maliyyə itkisi ilə üzləşdi

“Volkswagen” ciddi maliyyə itkisi ilə üzləşdi

ABŞ-da bu gün İranla bağlı brifinq keçiriləcək

ABŞ-da bu gün İranla bağlı brifinq keçiriləcək

Kadırov Putinlə görüşdə: “İcazə versəniz, yenidən rəhbər olaram” – VİDEO

Kadırov Putinlə görüşdə: “İcazə versəniz, yenidən rəhbər olaram” – VİDEO

Azərbaycan bu il nə qədər qızıl ixrac edib?

Azərbaycan bu il nə qədər qızıl ixrac edib?

Naxçıvanda daş duz emalı yenidən BƏRPA OLUNDU

Naxçıvanda daş duz emalı yenidən BƏRPA OLUNDU

Qiymətli kağızlar bazarında GERİLƏMƏ – Əsas səbəblər və çıxış yolları

Qiymətli kağızlar bazarında GERİLƏMƏ – Əsas səbəblər və çıxış yolları

“Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

“Apple” yeni “Ultra” seriyalı cihazlarını təqdim edəcək

14 yaşlı qızla hamamda ölən oğlanın anasından AÇIQLAMA – VİDEO

14 yaşlı qızla hamamda ölən oğlanın anasından AÇIQLAMA – VİDEO

End of content

No more pages to load

RADİO