“Məncə 8 Martı ləğv edək. Sovetdənqalma ideoloji bayram olduğuna görə yox, hədiyyə kampaniyaçılığıdı. Qadın adına böyük bir təmənna var, səmimiyyət yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə bayramla əlaqədar mahiyyətdən çox uzaqlaşırıq:
“Son illər 8 Mart günü feminist, antifeminist qırğını qızışır. Bu məsələdə də səmimi deyilik və burada da mahiyyətdən uzaqlaşırıq. Az qala elliklə özümüzü ifşa edirik. Analar Günü, Qız övladları Günü olsun. Sevgililər Günü var. Amma 8 Mart olmasın! Bacarmırıq!!!”, deyə həkim əlavə edib.
Alçina Amilqızı, Bizim.Media