Fransa radiosunda Qarabağ həqiqətlərindən danışıldı

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin “Sud Radio” radiosuna müsahibə verib.

Bizim.Media xəbər verir ki, səfir, ilk növbədə, jurnalistə “Dağlıq Qarabağ” adlı bölgənin olmadığını, yalnız Azərbaycanın Qarabağ iqtisadi rayonunun mövcud olduğunu bildirib.

Diplomat deyib: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, yalnız Qarabağ var və o, Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.

Qeyd edilib ki, Ermənistanın baş nazirinin özü də Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Diqqətə çatdırılıb ki, kiminsə nəsə deməsi vacib deyil, beynəlxalq hüquq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu deyir, mühüm olan budur. Səfir torpaqlarımızın 30 il erməni işğalı altında qaldığını bildirərək, azərbaycanlıların etnik təmizləmə ilə üzləşdiklərini xatırladıb.
Şərqdə ilk dünyəvi respublika olan Azərbaycanın multikultural, çoxkonfessiyalı və çoxmillətli ölkə olduğunu deyib. Vurğulanıb ki, Qarabağ münaqişəsi heç də dini zəmində baş verməyib.

Jurnalistin erməni və Azərbaycan icmalarının birgə yaşamasının mümkünlüyünə dair sualını cavablandıran L.Abdullayeva qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri harmoniya şəraitində yaşayır. Müharibə zamanı, eləcə də müharibədən sonra və bu gün Azərbaycanda 30 min erməni yaşayıb və yaşayır. Onlar kimi, Qarabağ erməniləri də dinc yaşaya bilərlər.

Separatizmi dəstəkləyən radikal erməni qrupları olduğu kimi, sülh tərəfdarı olan ermənilər də var. “Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, onlar azlıq təşkil edirlər. Azərbaycan çoxmillətli ölkədir. Azərbaycandakı bütün azlıqlar bərabər hüquq və imtiyazlara, o cümlədən mədəni, dil və digər hüquqlara malikdirlər, onların təhlükəsizliyi də təmin olunub”, - deyə səfir qeyd edib.

Fransız respublikaçı deputatların mövqeyi ilə bağlı da fikirlərini bildirən diplomat onların söylədiklərinin təəssüf doğurduğunu və söylədikləri reallığı əks etdirmədiyini vurğulayıb.

“2020-ci ildə müharibə başa çatdıqdan sonra Azərbaycan regionda sülhün bərqərar olması üçün çalışır. Azərbaycan Prezidenti və Ermənistanın baş naziri sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirirlər”, - deyən diplomat Brüssel, Kişineu görüşlərinə diqqət çəkərək danışıqlar prosesi haqqında məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Dərman xərclərimiz niyə kəskin artır?

Dərman xərclərimiz niyə kəskin artır?

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

End of content

No more pages to load

RADİO