“Uşaq rus dilində normal danışırsa, maneədən söhbət gedə bilməz” - Qəbulla bağlı qalmaqal BÖYÜYÜR

“1990-cı illərin ortalarından fərqli olaraq, son illər rus bölməsinə maraq bir neçə dəfə artıb. İstəsək də, istəməsək də reallıq bundan ibarətdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov rus bölümü üzrə 1-ci sinfə qəbul imtahanında yaradılan problemlərdən danışarkən qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Uşaq 1-ci sinfə qəbul imtahanından kəsilərək növbəti ilə SAXLANILIB – Anasından ŞİKAYƏT  


Onun sözlərinə görə, rus bölməsinə axının səbəblərindən biri işə götürənlərdən rus dilini bilməsinin əsas şərt kimi tələb edilməsidir:

“Bu dilə meyillilikdə digər səbəb də rus dilində oxuyanın gələcəkdə bu dilin onun quracağı karyerasında köməyinin olacağını düşünməsidir. Bu dilə maraq niyə artıb? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri elə təməl sayılan uşaq bağçalarında rus və ingilis dillərinə xüsusi yer ayrılmasıdır, bir çox elit ailələrin dəb xatirinə ailədə və məişətdə rus dili danışığına üstünlük verməsidir? Bəlkə bir çox şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? 

Bir sıra insanların rusdilli olması ilə özlərini elit və kübar göstərmək istəyi də bu səbəblərdən biridir. Lakin, problem heç də yaranmış vəziyyətə fərqli yanaşmalarla bitmir. Təbii prosesin süni yollarla qarşısının alınması və rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe, eləcə də vəziyyətdən yeganə çıxış yolu hesab edilə bilməz. Əsas problem rus dilində təhsil almağa müraciətlərin çoxluğunda, rus bölməsində yerlərin məhdudluğundadır”.

Ekspert qeyd edib ki, Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir: Bununla belə, xarici dillərdən birini və hətta bir neçəsini bilmək də dövrün əsas tələbidir:

“Peşəkar rusdilli müəllimlərin çatışmazlığı və yaxud təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Problemi aradan qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək heç bir halda vəziyyətdən çıxış yolu ola bilməz. 

Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində rus dilinin tədrisinin, rus bölməsində Azərbaycan dilinin tədrisi səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bir müddət əvvəl keçirdiyi brifinqlərdən birində nazir də vəziyyətin o qədər də ürəkaçan olmadığını dilə gətirmişdi. 

Məsələnin həll yollarından biri rus dili bölmələri üçün yeni siniflər açmaqdır. Səmimi deyim ki, mövcud rus bölmələrinin keyfiyyətini saxlamaq Elm və Təhsil Nazirliyi üçün kifayət qədər ağrılı məsələdir. Çünki müəllim yoxdur"

Nadir İsrafilov vurğulayıb ki, mövcud təlimatlara əsasən digər dildə tədris aparılan bölmədə oxumaq istəyən uşaqların birinci sinfə qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarıqları qiymətləndirilir:

“Uşaqlar şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir. Müsahibədən keçə bilməyən uşaqlar digər dildə tədris aparılan bölmələr üzrə təhsil ala bilməzlər. Bəzi hallarda sadə müsahibəni ciddi imtahana çevirənlər də var. Bu da şübhəsiz ki, ayrı-ayrı valideynlərin haqlı narazılığına səbəb olur.  

Əgər, ailəlikcə rusdillidirlərsə və uşaq da rus dilində normal danışır, anlayır, qavrayırsa hər hansı bir maneədən söhbət gedə bilməz və müsahibəni imtahana çevirənlər də əks mövqedə olduqları barədə bir daha ciddi düşünməlidirlər. Bu məsələdə hər iki dilə münasibəti optimallaşdırmaq üçün rusdilli bölmələrdə Azərbaycan dili dərslərinin səviyyəsini artırmaq və gücləndirmək lazımdır. Azərbaycan bölməsində də əksinə rus dili dərslərini gücləndirmək lazımdır”. 

Ekspert sözügedən məsələnin mahiyyətinin ciddi araşdırılması və optimal variant tətbiq olunmasının vacibliyinə də toxunub. 

O, bildirib ki, təhsil qanununvericiliyimizdə də nəzərdə tutulub ki, Azərbaycan Respublikasının təhsil sistemi milli zəminə və ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır:

“Rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Rus dilində təlim və tərbiyənin yüksək səviyyədə olması barədə əvvəlki düşüncələr də artıq mifə çevrilib. İstənilən halda ana dilimizin mükəmməlliyini qoruyub saxlamalı və xarici dillərdən heç birini heç bir halda doğma dilimizi üstələməyinə yol verməməliyik”.

Qeyd edək ki, Bizim.Media-nın redaksiyasına övladı rus bölməsi üzrə qəbul imtahanından keçməyən iki valideyn müraciət edib.

Hər iki valideyn uşaqların müsahibə zamanı bütün suallara cavab verdikləri halda əsassız yerə kəsildiklərini iddia edərək Bakı Şəhəri Təhsil İdarəsinin nəzdindəki Apelyasiya Komissiyasına müraciət edib. 

Əlavə olaraq Elm və Təhsil Nazirliyi Bizim.Media-nın gündəmə gətirdiyi məsələ ilə bağlı açıqlama verib.

Amma Nazirliyin açıqlamasında rus bölümü üzrə qəbuldan söhbət getmir. Qurum məsələni digər tərəfə çəkərək, I sinfə qəbul olanların 90%-nin müsahibəyə cəlb olunmadığını qeyd edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Dərman xərclərimiz niyə kəskin artır?

Dərman xərclərimiz niyə kəskin artır?

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

2029-cu ildə orta aylıq əməkhaqqı 1400 manatı ÖTƏCƏK

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Britaniya Rusiyanı HƏDƏLƏDİ: “Əks halda zərbə endirəcəyik”

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Anar Talıbov Müdafiə Nazirliyini məhkəməyə verdi – SƏBƏB

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Əvvəl Polşa, indi də Rumıniya... – Rusiyanın növbəti hədəfi hansı ÖLKƏ OLACAQ?

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Rusiya Zaporojyeyə zərbə endirdi: 1 ölü, 13 yaralı var – FOTO-VİDEO

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Polşa yenə bölünəcək? - Rusiyalı senatordan ANONS

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Kadırov Çexiyada oğurlanmış atını necə geri qaytarıb?

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Avro 2 manatı ÖTDÜ – Dollar isə...

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri ARTIRILIR

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

Tramp Alyaskada Putinlə görüşdə hansı səhvə yol verib?

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

“Qiyamət günü” radiosu ard-arda iki sirli mesaj verdi: Qardaş və..

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Suyun qiyməti ilə bağlı DƏYİŞİKLİK: Yeni sistem tətbiq olunacaq

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Ucuz geyimin “bahalı” ZƏRƏRİ – “Temu”dan alınan geyimlərin YARATDIĞI TƏHLÜKƏ

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Ən DALAŞQAN bürclər açıqlandı

Ən DALAŞQAN bürclər açıqlandı

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

Vətəndaşlar istədiyi vaxtda pensiyaya çıxa biləcəklər?

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

“O məktəblər ya bağlanacaq, ya da əvəzlənəcək”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Tarix Əliyev Canananı ifşa etdi — “Kərim ailə sahibidir, sən isə...”

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Çempionlar Liqası: "Qarabağ" "Benfika"ın qonağı olacaq

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Manatın taleyi necə olacaq? - Mühüm məlumat

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Dərsi rep formasında keçən müəllimə REAKSİYA – VİDEO

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

Tramp: “İsrail daha Qətərə zərbə endirməyəcək”

End of content

No more pages to load

RADİO