Bakıda daha bir uşaq rus bölməsi üzrə 1-ci sinfə qəbul imtahanından KƏSİLDİ – ŞİKAYƏT 

Bakıda daha bir uşaq rus bölməsi üzrə 1-ci sinfə qəbul imtahanından kəsilib. 

Bununla bağlı Bizim.Media-ya uşağın anası Xuraman Kərimova müraciət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaq 1-ci sinfə qəbul imtahanından kəsilərək növbəti ilə SAXLANILIB – Anasından ŞİKAYƏT  


Onun sözlərinə görə övladı iyunun 1-də Xətai rayonu 95 nömrəli məktəbdə rus bölümü üzrə 1-ci sinfə qəbul imtahanı verib və müsahibə zamanı verilən sualların hamısını cavablandırıb.

Amma bir gün sonra valideynə övladının imtahandan keçmədiyi barədə mesaj gəlib. Xuraman Kərimova övladına qarşı əsassız addım atıldığından gileylənib:

“Evdə hamı rusdillidir və uşaq 1 ildən çoxdur ki, rus dilində hazırlaşırdı. İmtahanda müəllimlərin verdiyi bütün suallara cavab verib. Hər halda 5 yaşında uşaq mükəmməl də olmasa, sualları normal cavablandırıb.  Anlamıram ki, uşağı niyə kəsiblər... Uşaq Azərbaycan dilində çətin danışır və bilirəm ki, onun üçün azərbaycan bölümündə oxumaq çətin olacaq”.

Ana övladına yenidən imtahan şansı verilməsi üçün Bakı Şəhər Təhsil İdarəsinin nəzdindəki Apelyasiya Komissiyasına müraciət etdiyini bildirib. 

Qeyd edək ki, 3 ildən çoxdur ki, rus bölümü üzrə 1-ci sinfə qəbul olmaq istəyənlər müsahibəyə cəlb edilir.  Bu imtahanların əsas məqsədi rus dilində anlama, dinləmə, danışma qabiliyyəti olanların rus bölümündə təhsilini təmin etməkdir. Yəni istənilən uşaq rus dilində anlaya, danışa və fikirlərini izah edə bilirsə, imtahandan buraxılmalıdır. 

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov saytımıza açıqlamasında bildirib ki, müsabiqənin nəticələri ilə razılaşmayan valideyn apellyasiya müraciəti verə bilər. 

Xatırladaq ki, bundan əvvəl də Ramilə Məmmədovanın 7 yaşlı övladının Binəqədi rayonu 276 saylı məktəbdə 1-ci sinfə qəbuldan kəsildiyi barədə şikayətini dərc etmişdik. Hər iki şikayətçinin müraciətinə aidiyyəti qurumdan hələki reaksiya yoxdur. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib - FOTO

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib - FOTO

End of content

No more pages to load

RADİO