BMT Təhlükəsizlik Şurası Ukraynanın Kaxovka Su Elektrik Stansiyasında baş vermiş partlayışla əlaqədar növbədənkənar iclas keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki nümayəndəsi Sergey Kislitsa rəsmi “Twitter” hesabında məlumat verib.
O bildirib ki, iclas Kiyev vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə 00:00) başlayıb.
Qeyd edək ki, bu gün Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovskaya Su Elektrik Stansiyasının bəndi partladılıb.
Ukraynanın “Cənub” operativ komandanlığı Su Elektrik Stansiyasının Rusiya tərəfindən partlatdığını açıqlayıb.
Bizim.Media