Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətində istiqamətlərdən birində irəliləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb.
“İyunun 4-də Ukrayna qüvvələri Donetsk vilayətinin qərbində və Zaporojye vilayətinin şərq hissəsində lokallaşdırılmış quru hücumları həyata keçirib və məhdud taktiki uğur əldə ediblər” – məlumatda bildirilib.
İyunun 4-də yayımlanan bir sıra videoların geolokasiyasından sonra analitiklər belə qənaətə gəliblər ki, Ukrayna mexanikləşdirilmiş qüvvələri Rivnopolun şimal-şərqində məhdud şəkildə irəliləyiş əldə edib.
ISW bu barədə rusiyalı "hərbi bloqer"lərin hesabatlarına istinad məlumat verib. Bildirilib ki, Novodarovkanın cənub-qərbində yerləşən Levadnoedə rus qoşunlarının mövqelərini itirməsi ilə bağlı fikirlər də var.

Bizim.Media