Kişineu toplantısının ÖNƏMİ – Avropanın Azərbaycana artan MARAĞI

Ötən gün Moldovanın paytaxtı Kişineuda "Avropa siyasi birliyi" 2-ci Zirvə toplantısı keçirilib.

Toplantıya Avropanın 50-dən artıq ölkəsinin dövlət və hökümət başçıları qatılıb. Zirvə görüşünün keçirilməsində əsas məqsəd Avropa ailəsinin üzləşdiyi problemləri birlikdə müzakirə etmək və müvafiq çıxış yolları axtarmaq idi. 

Məlum olduğu kimi həm Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlar hazırda ciddi böhran yaşayır.

Eləcə də Avropanın cəlb edildiyi bir sıra problemlərdən hazırda hər bir Avropa ölkəsi ciddi ziyan görür. Bu problemlər Ukrayna-Rusiya müharibəsindən başlayıb, iqtisadi geriləmələrə və siyasi böhranlara qədər davam edir. 

Faktiki olaraq Aİ labirintə düşüb. Bu labirintən çıxış yolu tapmaq üçün Aİ digər Avropa dövlətlərinin yardımlarından və imkanlarından yararlanmağa çalışır. Bunun üçünsə Aİ-nin yardımına ehtiyac duyduğu ölkələr var. 

Həmin ölkələrin önündə isə Azərbaycan gəlir. 

Çünki, Azərbaycan Avropanın enerji, dolayısı ilə iqtisadi-siyasi təhlükəsizliyində xüsusi pay sahibidir. Üstəlik, Azərbaycanın unikal tranzit imkanları Qərb üçün cəlbedicidir. 

Məhz buna görə də ötən gün Kişineuda keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev diqqət mərkəzində idi. Cəmi bir gün ərzində Azərbaycan Prezidentinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə, Fransa, Almaniya, Ukrayna və Moldava prezidentləri ilə çox məhsuldar və işgüzar görüşləri olub. 

Bundan əlavə, Moldovanın paytaxtında Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində işçi lançda, “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində enerji təhlükəsizliyi məsələsinə həsr edilmiş dəyirmi masada iştirak edib.

Eyni zamanda, Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüşləri olub. 

Qısa zaman kəsiyində bu qədər görüşlərin keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan Avropa üçün vacib tərəfdaşdır. Və Azərbaycanın əlindəki iqtisadi rıçaqlardan yararlanmaq üçün Qərb indiyə qədər atmaq istəmədiyi addımları atmağa hazırdır.

Qərbin Azərbaycana ehtiyacı var

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Azərbaycanın Aİ-lə enerji təhlükəsizliyi sahəsində olan əməkdaşlığın dərinləşməsi üçün çoxlu imkanlar var:

“Lakin, bütün imkanların reallaşması daha çox regional və qlobal proseslərlə bağlıdır. Ona görə də Avropa ABŞ və Çinin qarşısına iqtisadi və siyasi güc kimi çıxmaq üçün Qafqazın, eləcə də Azərbaycanın imkanlarından yararlanmaq istəyir. 

Burda AvroAtlantik baxışlar da var. Yəni Azərbaycan Qərbin əzəli rəqibləri olan Rusiya və İranla yaxın qonşudur. Ona görə də Qərbin Azərbaycandan umacaqları çoxdur. Elə son 20 gündə Avropa liderlərinin 2 dəfə təkrarən Azərbaycan Prezidentinə ünvanlanan təbrik məktubları da bunun sübutudur. 

Üstəlik, Avropanın aparıcı dövlətləri olan Almaniya və Fransanın Azərbaycanla bağlı məsələlərin müzakirəsində iştirak arzusu da az şey ifadə etmir. Burada təbii ki, Fransanın mövqeyi bir qədər başqa cürdür. Amma rəsmi Paris də dolayısı ilə Azərbaycanın qazandığı hansısa uğurda pay sahibi olduğunu can-başla sübut etməyə çalışır”.

Əziz Əlibəyli onu da əlavə edib ki, “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı Azərbaycan üçün bir çox məqamları ilə uğurlu və yaddaqalan oldu:

“Bunlardan biri Azərbaycanın Qərb üçün əvəzolunmaz partnyor stasusunun bir daha təsdiq edilməsidir. Hətta Zelenski belə macal tapıb Azərbaycan Prezidentinə öz minnətdarlığını bildirdi. İkinci uğurlu məqamsa ondan ibarət oldu ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinin tezləşdirilməsi prosesinə ilk dəfə olaraq Almaniya qatıldı. Almaniya bu prosesə hələlik qeyri-rəsmi qatılıb. Lakin bu gələcək uğurlara vəsilə ola bilər”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Ulduz futbolçunu həbs cəzası GÖZLƏYİR

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Nələrə düşünmədən reaksiya veririk? – Beyinin şüurdan əvvəl verdiyi ani qərarlar

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı təhlükədədirmi?

Süni mayalanma ilə bağlı ARAŞDIRMA: Uşaqların sağlamlığı təhlükədədirmi?

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Prezident “Sabah”ı belə təbrik etdi – FOTO

Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Xırdalanda 1 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər SAXLANILDI

Ukraynanın ABŞ-dakı yeni səfiri Kuleba ola bilər – KİV

Ukraynanın ABŞ-dakı yeni səfiri Kuleba ola bilər – KİV

"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

Bir siqaret ömürdən nə qədər aparır? - Alimlər rəqəmi açıqladı

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Hövsanda hər yay eyni KABUS – Dəfələrlə təmir olunan elektrik niyə dayanıqlı deyil?

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Bülbüloğlunun yeni xanımı tanınmış rəqqasə imiş – Foto

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

Binəqədidə güclü yanğın – Ölən var – VİDEO

“Bizim immiqrantlara ehtiyacımız var”

“Bizim immiqrantlara ehtiyacımız var”

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Netanyahudan sərt addım:Qüdsdə təxliyə başladı

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Bu universitetdə erməni dili tədris ediləcək – RƏSMİ

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Pakistanda xəstəxana yandı - 15 körpə həyatını itirdi

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ukrayna "Wildberries"in daha bir logistika mərkəzini vurdu – VİDEO

Ukrayna "Wildberries"in daha bir logistika mərkəzini vurdu – VİDEO

Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır – SİYAHI

Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır – SİYAHI

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

Aftandil İsrafilovun villası satışa çıxarıldı - Fantastik məbləğ

End of content

No more pages to load

RADİO