ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Bayden seçki nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.
O Türkiyə-ABŞ əlaqələrinin regional və qlobal çağırışlar qarşısında daha böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tərəflər yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılığa gəliblər.
Bizim.Media