"Beynəlxalq ictimaiyyəti Azərbaycanın minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq" - BƏYANNAMƏ

"Beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq".

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə 25-26 may tarixlərində “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının yekun bəyannaməsində yer alıb.

Bəyannamədə bildirilir:

"Dünyada hələ də 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş olaraq qalmaqdadır ki, bu da, insanların təhlükəsizliyi, sağlamlığı, rifahı, həyatı və gələcək nəsillərin yaşam imkanlarına təhdid törədir. Bundan ən çox təsirlənən həssas əhali arasında qadınlar və uşaqlar da yer alır.

Minalar və PHS onun təsirinə məruz qalan ölkə və cəmiyyətlər üçün milli və yerli səviyyədə Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması baxımından maneə təşkil edir.

Minasız dünyaya nail olunması naminə biz – “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən 2-ci Beynəlxalq Konfransın iştirakçıları olaraq, mina təhlükəsi ilə qlobal mübarizə fəaliyyətlərini sürətləndirmək üçün aşağıdakıları vurğulamaqla qətiyyətli addımların atılmasında razılaşırıq:
Humanitar minatəmizləmə fəaliyyətinin minalarla çirklənmiş ölkələrdə davamlı inkişafın, DİM-lərə nail olunması istiqamətində irəliləyişin, sülh proseslərinin sürətləndirilməsinin və sülhün qorunmasının ilkin şərtlərindən biri olduğunu qəbul edərək;

“Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” ("Ottava Konvensiyası") və “Kasetli sursatlar haqqında Konvensiya” ("Oslo Konvensiyası") da daxil olmaqla, minaların və PHS-nin istifadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənədlərin prinsip və dəyərlərini qəbul edərək, eyni zamanda hamını bu sənədlərə rəsmi riayət olunması istiqamətində addımlar atmağa təşviq edərək;

Qadınlar və uşaqların da daxil olduğu ən həssas təbəqələrə qeyri-mütənasib şəkildə təsir edən minaların və PHS-nin insanlara vurduğu zərəri xatırlayaraq;

Minalarla çirklənmiş ölkələrin sosial-iqtisadi inkişafı naminə prioritet sahələrdən biri kimi humanitar minatəmizləmə fəaliyyətinin milli inkişaf proqramlarına inteqrasiya olunmasının, habelə milli humanitar minatəmsizləmə imkanlarının artırılması istiqamətində müvafiq resursların ayrılmasının əhəmiyyətini vurğulayaraq;

Milli Hökumətlərin rəhbərliyi altında humanitar minatəmizləmə fəaliyyətində vətəndaş cəmiyyətinin, özəl sektorun, medianın, təhsil müəssisələrinin və digər maraqlı tərəflərin mühüm rolunu tanıyaraq;

Humanitar minatəmizləmə fəaliyyəti üçün texnologiya və innovasiyalardan səmərəli istifadəni təşviq edərək;

Minasız dünyaya nail olmaq naminə qlobal həmrəyliyin təcəssümü olaraq və milli səylərin dəstəklənməsini də əhatə edən beynəlxalq tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi üzrə öhdəlikləri yeniləyərək;

Minaların təsirinə məruz qalmış bir sıra dövlətlər tərəfindən humanitar minatəmizləmə fəaliyyəti üzrə milli DİM-nin müəyyən edilməsi təşəbbüslərini və humanitar minatəmizləmə fəaliyyəti üzrə yeni qlobal DİM-nin qəbul edilməsinə olan çağırışları təqdir edərək;

Mövcud tərəfdaşlıqları gücləndirmək və yeni platformalar qurmaqla, mina və PHS təhlükəsinə son qoymaq, cəmiyyətləri bərpa prosesində dəstəkləmək və insanların ləyaqətli, təhlükəsiz və əmin-amanlıq içində öz evlərinə qayıtmasına və həyatlarını yenidən qurmasına kömək etmək naminə biz bir daha minasız dünya üçün yenilənmiş qlobal hərəkatın başlamasına çağırış edirik.
Biz, Azərbaycan Respublikası Hökumətinə humanitar minatəmizləmə fəaliyyəti və dayanıqlı inkişaf məqsədlərini müzakirə etmək məqsədilə yaratdığı dəyərli fürsətə, səxavətli dəstəyə və əla qonaqpərvərliyinə görə minnətdarlığımızı bildiririk. Biz, həmçinin böyük mina probleminin həllində Azərbaycanla və mina  təsirinə məruz qalmış digər ölkələrlə həmrəy olduğumuzu ifadə edir və beynəlxalq ictimaiyyəti Azərbaycanın humanitar minatəmizləmə səylərini dəstəkləməyə çağırırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Mahir Emreli "Rakuv"dakı ilk oyununda qol vurub - VİDEO

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?

"Google"dan yeni funksiya: Hesaba selfi-video ilə daxil olmağa icazə verdi

"Google"dan yeni funksiya: Hesaba selfi-video ilə daxil olmağa icazə verdi

ABŞ Konqresi Trampdan İrana qarşı müharibəni dayandırmağı TƏLƏB ETDİ

ABŞ Konqresi Trampdan İrana qarşı müharibəni dayandırmağı TƏLƏB ETDİ

Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

Narkozsuz əməliyyat olunan qadın danışdı: “Zirzəmi tipli bir yer idi” - VİDEO

End of content

No more pages to load

RADİO