Azərbaycanda niyə Kılıçdaroğlu sevilmir? — Heç nə unudulmayıb...

Türkiyə bu həftənin bazar günü yeni prezidentini seçəcək. Bu seçkilər təkcə Türkiyəni yox, regionu, ümumilikdə türk dünyası və müsəlman coğrafiyasını da maraqlandırır. Çünki 28 mayda iki xətt arasında seçim aydın görünür. Ya Qərbin dediyi ilə hərəkət edən Türkiyə, ya da müstəqil siyasətə üstünlük verən, türk dünyası və İslam coğrafiyasının ümidi olan Türkiyə. Təbii ki, qərarı Türkiyə vətəndaşları verəcək, lakin seçkidə iştirak edə bilməyən bu coğrafiyanın milyonlarla insanı da II turun keçiriləcəyi günə diqqət kəsilib.

Azərbaycan xalqının da diqqəti qardaş Türkiyədədir. Təkcə ona görə yox ki, qardaş ölkədə baş verənlər bizim üçün də maraqlıdır, həm də Türkiyənin yeni siyasəti xəttinin bizə təsir edəcəyi də sirr deyil. Ya Vətən müharibəsi də daxil olmaqla sevincimizdə və kədərimizdə yanımızda olan Ərdoğan, ya da Azərbaycana qarşı yumşaq desək xoşagəlməz mövqeyi ilə seçilən CHP-nin lideri Kılıçdaroğlu. 
Biz xalq olaraq Ərdoğanı dəstəkləyirik və bunun üçün kifayət qədər səbəbimiz var. Çünki I Qarabağ müharibəsində Türkiyənin o vaxtkı hökuməti Azərbaycana kömək etmədi, mülki əhalini atəş altından çıxarmaq üçün bir helikopter belə vermədilər. Bu, Türkiyədəki qardaşlarımızın yox, həmin dövrün hakimiyyətinin mövqeyi, yaxud kənar təzyiqdən qorxan zəifliyi idi. 

Amma 44 günlük Vətən müharibəsində cənab Ərdoğan ilk gündən sona qədər Azərbaycanın yanında oldu, məhz Türkiyənin siyasi mövqeyi üçüncü qüvvələrin haqq savaşımıza müdaxiləsinin qarşısını aldı və Azərbaycan böyük Zəfərlə torpaqlarını işğaldan azad etdi.



Azərbaycan xalqı bunu unutmayıb. Azərbaycan xalqı CHP-nin etdiklərini də unutmayıb. Vətən müharibəsində CHP sədrinin baş müşaviri Ünal Çeviköz “Türkiyənin Azərbaycana dəstək verməsindən təəssüflənir”, həm də iddia edirdi ki, “Türkiyə suriyalı terrorçuları Azərbaycana göndərib”. Bu, Ermənistanın və havadarlarının tezisi idi. CHP-nin əsas simalarından biri bunu təkrarlayırdı. 
Ü.Çeviköz bu gün Kılıçdaroğlunun beynəlxalq münasibətlər üzrə baş müşaviridir. Bu o deməkdir ki, Kılıçdaroğlu prezident seçilərsə, anti-Azərbaycan mövqeyinə malik olan bu şəxs Türkiyənin xarici siyasətini yönləndirəcək. Yəni, belə bir ssenaridə qardaşlar arasında nifaq düşəcəyi indidən görünür.

Yaxud CHP-yə bağlı birliklər 44 günlük müharibədə “sülh çağırışları” edir, torpaqları işğaldan azad edən Azərbaycan Ordusunun dayandırılması haqda bəyanatlar verirdi. CHP-nin “Gələcək üçün biz” qrupunun bununla bağlı bəyanatında döyüşlərin dayandırılması haqda açıq mətnlə çağırışlar edilirdi. Ermənistan işğalı haqda bir kəlmə də olsun bəhs edilmir, mülki azərbaycanlılara qarşı terror hücumlarına göz yumulurdu.



Bütün bunların fonunda Azərbaycan xalqı nə üçün CHP-ni və onun namizədi olan Kılıçdaroğlunu dəstəkləsin?!

Kamal Kılıçdaroğlu seçkilərin I turundan öncə “Türk yolu” adılandırdığı layihədə Azərbaycana yer verməməsi də onun hakimiyyətə gələcəyi təqdirdə bizə qarşı hansı mövqedə dayanacağını göstərir. Kılıçdaroğlu artıq çoxdandır işləyən və məhz Ərdoğanla İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan və Türkiyənin əsas tranzitə çevrildiyi "Yeni İpək Yolu" layihəsini “yeni layihə” kimi irəli sürür, həm də Azərbaycanı bura daxil etmir. Əvəzində marşrutu İran üzərindən aparır, bununla Zəngəzur dəhlizi layihəsini dəfn edir, həm də Ermənistan üçün nəfəslik açır.

Bu uzaq tarixdə yox, cəmi iki həftə öncə Kılıçdaroğlu tərəfindən elan edilib. Təkcə bu fakt belə Azərbaycan xalqının Kılıçdaroğluna qarşı olması üçün yetərlidir.

Heç nə unudulmur, heç nə yaddan çıxmır. Azərbaycan xalqı hər şeyi yaxşı görür, nə yaxşlığı unudur, nə pisliyi və kimin kim olduğunu bilir, mövqeyini də buna görə sərgiləyir. Azərbaycan xalqının Ərdoğanı dəstəkləməsi, Kılıçdaroğluya qarşı olmasının altında çoxsaylı səbəblər yatır. Bəzən CHP-lilər Azərbaycan xalqının Ərdoğana dəstəyindən narazılıq ifadə edirlər. Onlara sual vermək lazımdır: bütün bunlardan sonra Azərbaycandan nə gözləyirsiniz? Əgər dəstək gözləyirsinizsə, bu olmayacaq, çünki Azərbaycan qardaşlıq gözlədiyi halda CHP fəalları, elə lideri Kılıçdaroğlu da daxil olmaqla xəyanətkar mövqe sərgiləyiblər.

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

May ayının maqnit qasırğası PROQNOZU: Ayın ortalarından sonra...

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Telefona çox baxmaq uşaqlarda erkən cinsi yetkinliyə yol açır

Karyeram sona yaxınlaşır - Ronaldo

Karyeram sona yaxınlaşır - Ronaldo

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

Azərbaycanda toylarla bağlı ciddi dəyişiklik edilir? - AÇIQLAMA

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

ABŞ Avropanın daha iki ölkəsindən hərbi kontingentini ÇIXARIR

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Cəlilabadda iki “Jiquli” toqquşdu: 6 nəfər xəsarət aldı

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

Yalançı BÜRCLƏRİN reytinqi: Həqiqəti ən çox kim gizlədir?

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

İranın ABŞ-da keçiriləcək dünya çempionatında iştirakı TƏSDİQLƏNDİ

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA - VİDEO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Ağac aşdı, Gəndob-Yalama yolu BAĞLANDI - FOTO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

Əməkdar artist QƏZƏBLƏNDİ: ""Vağzalı”nın səslənməyini istəməyənlər azərbaycanlı deyil” - VİDEO

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

ABŞ Rusiyanı İTTİHAM ETDİ: İrana kömək edirsən...

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Prezident: "Göstərdilər ki, onlar Avropada birincidirlər" - FOTO

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

Hamiləlik və doğum müavinətlərində YENİLİK: Sabahdan qüvvəyə minir

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

“Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək” - Paşinyan

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Qazaxıstan "Bayraktar" dronlarının istehsalı ilə bağlı BƏYANAT YAYDI

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Böyük Britaniyada terror təhlükəsi səviyyəsi artırıldı

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Heyli Biber "Time" jurnalının siması olub - FOTO

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Qurban Qurbanov: Həmişə çempion olası deyilik

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

Yaz küləyi immuniteti zəif olan insanlar üçün TƏHLÜKƏLİDİR

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

“Sabah” futbol klubu İLK DƏFƏ Azərbaycan çempionu olub

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Qalibaf qonşu ölkələrə səsləndi: “ABŞ-sız gələcək" - FOTO

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

“Neftçi” “Qarabağ”ı məğlub etdi – VİDEO

End of content

No more pages to load

RADİO