Hollivud ulduzu Brüs Uillis tənqid atəşinə tuş gəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 8 yaşlı qızı Meyblın dodağından öpən aktyor “Instagram”da bölüşdüyü videonun şərh hissəsində sərt tənqid olunub.
65 yaşlı aktyorun qızının dodağından öpməsi çox adamı dəhşətə gətirib. Brüs fanatları yazıb ki, “Müasir dövrdə qız övladının dodağından öpmək qəribə və təhlükəlidir.
Fuuu, uşağı dodağından öpmə.
Bəli, bu çox iyrəncdir”
Lakin Hollivud ulduzunun fanatları arasında Brüsün tərəfini tutanlar da olub. Aktyoru tənqid etməyənlərin fikrincə, bir valideynin övladına sevgisini bu cür sərgiləməsi normaldır.
Xatırladaq ki, Brüs Uillisin keçmiş həyat yoldaşı olan aktrisa və model Demi Murdan da 3 uşağı var.
Bizim.Media
