İlham Əliyev Slovakiya parlamentinin sədrini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Slovakiya parlamentinin sədri Boris Kolları qəbul edib.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısı Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib, bunu ölkələrimiz arasında əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında fəal dialoqun həyata keçirilməsindən məmnunluğunu bildirərək Boris Kolların səfərinin əməkdaşlığın perspektivləri ilə bağlı müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı üzrə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını deyib.

Enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı bu ilin aprelində Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanmasının önəmini qeyd edib, “Həmrəylik Halqası” STRİNG layihəsi çərçivəsində də ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. Prezident İlham Əliyev ticarət, qarşılıqlı investisiya qoyuluşu, nəqliyyat sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edə qonaq Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf duyduqlarnı vurğulayıb. Ulu Öndərin böyük müdrikliyə və güclü iradəyə malik, xarizmatik şəxsiyyət olduğunu, Azərbaycanın dövlətçiliyinin əsasını qoyduğunu deyən Slovakiya parlamentinin sədri məhz onun uzaqgörənliyi nəticəsində ölkəmizin davamlı surətdə inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycanın çox müasir və gözəl olduğunu vurğulayan Boris Kollar ölkəmizə ikinci dəfə gəldiyini deyib, ötən il Şuşaya səfərini məmnunluqla xatırlayıb.
 

Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini deyən Boris Kollar işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərini qeyd edib, orada Slovakiya şirkətlərinin də fəaliyyət göstərməkdə və müxtəlif layihələrdə iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Minatəmizləmə sahəsində Azərbaycanın Slovakiya şirkətləri ilə səmərəli əməkdaşlığına toxunan qonaq ölkəsində istehsal olunan minatəmizləmə maşınlarının humanitar minatəmizləmə fəaliyyəti üçün ərazidə səmərəli şəkildə tətbiq olunmasını xüsusi vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub, bu yaxınlarda Bolqarıstanda əsası qoyulmuş “Həmrəylik Həlqəsi” təşəbbüsü çərçivəsində Azərbaycan qazının Slovakiyaya çatdırılması istiqamətində böyük perspektivlərin olduğu bildirilib.

Görüşdə Slovakiyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına verdiyi dəstək yüksək qiymətləndirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Ailənin yeganə oğul övladı kanalda boğulub - VİDEO

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Azərbaycanda ən populyar mobil cihazlar AÇIQLANDI

Kamran İtaliyada belə dincəlir – FOTO

Kamran İtaliyada belə dincəlir – FOTO

Smartfonlar bahalaşacaq — Diqqət!

Smartfonlar bahalaşacaq — Diqqət!

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Yəmən sahillərində neft tankeri HÜCUMA məruz qaldı

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Braziliyada parlament iclasına kapibaralar "qatıldılar" - VİDEO

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Bu ölkədə açıq havada işləmək qadağan edildi

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

Pezeşkian ABŞ və İsrailin gizli niyyətini açıqladı: “48 saat ərzində...”

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

DİM sədrindən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Dünyanın ən çox borcu olan ölkələr — Azərbaycan neçəncidir?

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Ən aşağı faizlə nağd kredit verən banklar – SİYAHI

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Bu köynəkləri bir ay yumasanız da olar – VİDEO

Ən təvazökar hesab edilən 4 BÜRC

Ən təvazökar hesab edilən 4 BÜRC

Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Ağcabədidə ağır qəza: 40 yaşlı sürücü öldü

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Üzünüzdəki dəyişikliklər hansı xəstəliklərin xəbərçisidir?

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Röyanın konsertinə biletlər rekord müddətdə satılıb bitdi – VİDEO

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi açıqlandı – Sınaq keçirilib

İndoneziya sahillərində zəlzələ oldu

İndoneziya sahillərində zəlzələ oldu

Şəkidə 7 hektar ərazi yandı

Şəkidə 7 hektar ərazi yandı

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Seutada miqrant uşaqlar üçün sığınacaqlar yaradılır

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

Bakıda məscid ərazisindəki yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB/VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

İsti havada qəbul edilən bəzi dərmanlar fəsadlar törədə bilər - VİDEO

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

Tbilisi-Bakı qatarı yenə gecikdi - SƏBƏB

End of content

No more pages to load

RADİO